Rixard Vaqner
Mənim həyatım
280
musiqili cəhətdən təmiz oxuyur, ritmi hiss edir, qeyri-adi səlis tələffüzə malikdir.
Lakin bunların bəs etmədiyini özüm də yalnız indi başa düşüb təəccübləndim.
İlk tamaşada Tanhauzerin tamaşanın sonuna yaxın çılğın bir ehtirasla, hər şeyi
unudub Veneraya təriflər yağdırmaq əvəzinə zərif hisslərlə Yelizavetaya müraciət
etdiyini görəndə, məşqlərdə fikrimdən qaçan həmin məqamı eşidəndə, Şreder-
Devrienin xəbərdarlıqlarını xatırladım və ocağa atılan Krezin qışqırdığı kimi “O,
Solon, Solon!” deyə qışqırmaqdan başqa çarəm qalmadı.
178
Beləliklə, yarış səhnəsinin canlılığına və melodik gözəlliyinə, ifaçılarının
üstünlüklərinə baxmayaraq “Tanhauzer”lə bəxtim gətirmədi. Amma bir şeydə
gətirdi. Başqa bir ifaçının xüsusi üstünlüklərini kəşf etdim və indiyə qədər operada
nümayiş edilməyən elementi canlandırdım. Mən orijinal, özünəqapalı, ünsiyyətcil
olmayan bariton Mittervürser barədə danışıram. Onu bəzi rollarda müşahidə
edərkən hiss etdim ki, ifaçı nəinki yumşaq, xoş səsə malikdir, o, həm də ifası ilə
qəlbin ən gizlin, sarı simlərini belə titrədə bilir. Volframın partiyasını ona həvalə
etmişdim. Onun işinin uğurundan razı olmağa əsasları var idi. Əgər indiyə qədər
demədiyim arzularımı gerçəkləşdirmək və sona çatdırmaq istəyirdimsə, ona eti-
bar etməli idim. “Müğənnilərin yarışı” kimi problemli səhnədə özümü yoxlamaq,
baxışlarımın doğruluğunu sübut etmək xüsusilə vacib idi. Buməqsəd üçün aktyor-
la yarışmanı açan nəğmənin məşqlərini etməyə başladım. Nail olmaq istədiyimi
özünəməxsus şəkildə ona ötürəndən sonra, bunu nə qədər yeni və çətin hesab
etməsinə təəccübləndim. O, nəğməni mənim arxamca səsləndirmək iqtidarında
deyildi və hər dəfə müğənnilərin adi, bayağı oxuma tərzinə yönəlirdi. Aydın idi
ki, o, hələ də rahatlığın xeyrinə təsadüfi qıvraqlıqla bu və ya digər şəkildə ötürülən
adi reçitativ ifadədən başqa bir şey görmür. Əsəri mənim göstərdiyim kimi oxuya
bilməməsi özünü də təəccübləndirirdi. Lakin göstərişlərimin və tələblərimin yeni-
liyi, düzgünlüyü ilə elə heyrətlənmişdi ki, bu işi bir qədər dayandırıb ona yeni dün-
yanı mənimsəməyə, işin öhdəsindən öz gücü hesabına gəlməyə vaxt verməyimi
xahiş etdi. Bir neçə məşqdə o, vəzifəsini birtəhər yola vermək üçün yarımsəslə
oxuyurdu. Amma ümumi məşqdə öz nəğməsini bütöv səslə və elə möhtəşəm
ifa etdi ki, opera quruluşumuzun məhvediciliyinə baxmayaraq o vaxtdan indiyə
qədər bu hadisə mənim üçün lazımlı ifaçıları tapıb fikirlərimi həyata keçirməyin
mümkünlüyünə ümid işığı oldu. Onun düzgün mahiyyətini düzgün ötürmək
xatirinə manevr, zahiri görünüş və hər baxımdan yeni nəğməni ifa edərkən yarat-
dığı təəssürat tamaşaçılara əsərimi doğru anlamaq üçün – bu isə xüsusilə yaxşı idi
-
çıxış nöqtəsi rolunu oynadı. Bu vəzifənin yerinə yetirilməsi Mittervürseri dərhal