281
Rixard Vaqner
Mənim həyatım
yetkin sənətkara çevirdi və bu böyük yüksəliş operanı bir o qədər uğurlu alınma-
yan ilk tamaşadan sonra yaranan müvəffəqiyyətsizlik təhlükəsindən xilas etdi.
179
Onunla yanaşı yalnız Yelizavetanın fiquru xoş görünürdü. Qardaşım qı-
zının cavanlığı, hündürlüyü, qaməti, almanlara xas sifəti, o vaxtlar həssas-uşaq
ifadəsinə malik misilsiz səsi, dramatik olmasa da, şüurlu şəkildə istiqamətlənmiş
istedadı – bütün bunlar gənc ifaçıya tamaşaçıların rəğbətini qazanmağa yardımçı
oldu. Bu rol sayəsində o tezliklə məşhurlaşdı və hələ sonralar mənə “Tanhauzer”in
uğuru barədə bir söz deyəndə, hər dəfə qeyd edirdilər ki, əsər buna görə sırf o
gözəl qıza borcludur. Ən təəccüblüsü isə odur ki, hər dəfə bu barədə danışanda,
onun qonaqları Vartburqda qarşılayarkən möhtəşəm və çalarlarla zəngin ifasını
xatırlayırdılar: bu mənim və bu sahədə xüsusi istedadı olan qardaşımın inanılmaz
səylərinin nəticəsi idi. Təəssüf ki, ona üçüncü pərdədəki duanın düzgün çatdırıl-
masını öyrədə bilmədik. Burada Tixaçeklə baş verənlər təkrarlandı və yenə “O,
Solon, Solon!”qışqırdım. İlk tamaşadan sonra duanı əməlli-başlı ixtisara salmalı
oldum və məncə, bununla da onu əsl mənasından əbədilik məhrum etdim. Uzun
müddət böyük aktrisa kimi tanınan İohanna da heç vaxt bu duanın öhdəsindən
gələ bilmədi. Lakin bir fransız ifaçısı xanım Mariya Saks Parisdə bunu mükəmməl
şəkildə bacarmışdı.
Oktyabrın əvvəlində operanın səhnələşdirilməsinə hazır idik. Yalnız deko-
rasiyalara görə ləngimə var idi. Parisdə sifariş olunmuş dekorasiyalardan bəziləri
çox gec gəldi. Vartburq vadisinin dekorasiyası kifayət qədər uğurlu alınmışdı.
Əksinə, Venera mağarasının içərisi isə mənə çox əziyyət verdi: rəssam məni anla-
mamışdı və dekorasiyada dəhşətlə cazibədarlıq təəssüratını necə birləşdirəcəyini
bilməyib vəhşi mağaranı Versal tərzində bosketlər və heykəllərlə bəzəmişdi. Hər
şeyi yenidən hazırlamaq, əsasən bosket və heykəlləri yenidən çəkmək üçün is-
rar etməli oldum. Buna çox vaxt getdi. Mağaranı çəhrayı dumanla əhatə etmək
üçün (sonradan dumanın arasından Vartburq vadisi görünəcəkdi) özümün icad
etdiyim xüsusi fəndi işlətməli olduq. Əsas çətinlik isə yarış zalı üçün lazım olan
dekorasiyanın ləng çatdırılması idi. Parisdə onu ən mənasız şəkildə saxlayırdılar.
Günlər bəhrəsiz keçirdi. Tamaşa üçün hər şey hazır idi və biz davamlı məşqlərdən
yorulmuşduq. Hər gün dəmiryolu stansiyasına gedib bağlamaların və yeşiklərin
arasında eşələnirdim. Dekorasiyalar gəlib çıxmaq bilmirdi. Nəhayət, çoxdan elan
olunan ilk tamaşanı təxirə salmamaq qərarına gəldim və Lütihaunun təklif etdi-
yi “Oberon”dan Böyük Karlın zalını istifadə etdim. Bu mənim tərəfimdən ciddi
qurban idi, belə ki, hər şeydə yalnız bir məqsədə nail olmaq istəyirdim: poetik