Rixard Vaqner
Mənim həyatım
282
təəssüratın dəqiqliyinə. Əslində, “Oberon”un tamaşalarında istifadə olunmuş
yaxşı tanış dekorasiya ikinci hissədə pərdələr qalxarkən tamaşaçıların çaşqınlığına
səbəb oldu. Auditoriya operadan gözlənilməz təəssüratlar alacağına ümid edirdi.
180
Tamaşa oktyabrda, ayın 19-u baş tutdu. Həmin gün səhər konsertmeys-
ter Lipinskinin müşayiəti ilə mənim yanıma bir gənc, gözəl və möhtərəm xanım
gəldi. Bu, rus kansleri qraf Nesselrodun qohumu xanım Kaleqris idi. Listin təsiri
sayəsində mənim coşqun pərəstişkarıma çevrilən xanım yeni əsərin doğulma-
sı möcüzəsində iştirak etmək üçün qəsdən Drezdenə gəlmişdi. Əlbəttə, bu qü-
rur oxşayan ziyarəti yaxşı əlamət kimi qəbul etdim. O, ifadakı çatışmazlıqlar və
qəbulun sönüklüyü sayəsində ilk tamaşadan sonra məndən bir qədər üz çevirib
həm pərt, həm də məyus olsa da, sonradan əmin oldum ki, bu enerjili, görkəmli
qadının ürəyinə yenidən cücərən toxumlar səpilib. K.Qayyard adlı qeyri-adi ada-
mın “Tanhauzer”in ilk tamaşası üçün xeyli qurbanlar verərək Drezdenə gəlməsi
isə tamamilə başqa xarakter daşıyırdı. Qeyd edim ki, o, təzəlikcə Berlində yara-
nan musiqi qəzetinin naşiri idi. İlk dəfə o qəzetdə “Uçan hollandiyalı” haqqında
müsbət, həmçinin geniş məqalə oxuyanda təəccüblənmişdim. Qərara gəlmişdim
ki, qəzet rəylərinə laqeyd yanaşım. Həm də qeyri-ixtiyari belə bir vərdiş forma-
laşmışdı. Lakin bu məqalə mənə dərin təsir göstərmişdi və mən onun müəllifinə,
qətiyyən tanımadığım adama Drezdenə “Tanhauzer”in premyerasına iştirak
üçün dəvət göndərmişdim. O, həqiqətən gəldi. Bu gənc adamın çətin vəziyyətdə,
ciddi xəstə olmasına baxmayaraq heç bir mükafata ümid etmədən və hətta adi
qonaqpərvərlik nümayişindən imtina edərək, sırf şərəf borcunu yerinə yetirmək
üçün Drezdenə gəldiyindən əmin olanda çox təsirlənmişdim. Onun biliklərinə və
bacarıqlarına nəzər saldıqda böyük təsir göstərə bilməyəcəyi nəticəsinə gəlmək
olardı, amma onun işə ədalətli münasibəti, canlı, həssas ağlı səmimi hörmətimi
qazanmışdı. Təəssüf, o, bir neçə il sonra dünyasını dəyişdi. O, çox şeyə nail ola
bilmədi. Lakin həmişə mənə sadiq qaldı və fəaliyyətimə böyük maraq göstərdi.
Bundan başqa, Drezdenə xanımAlvina Froman da gəlmişdi. Bir-birimizi şəxsən ta-
nımasaq da, o, “Uçan hollandiyalı”nın Berlindəki tamaşasından bəri pərəstişkarım
olmuşdu. Onunla ilk dəfə Şreder-Devrienin evində tanış oldum. Onlar mehriban
idi və Devrien gülərək alovlu pərəstişkarımı mənə təqdim etdi. O, artıq gənc və
gözəl deyildi. Lakin bu qadının canlı və ifadəli gözləri mənəvi zənginliyindən
xəbər verirdi. O, iyenalı kitab taciri Fromanın bacısı olduğu üçün Hötenin intim
həyatından bir çox təfərrüatları bilirdi. Çünki böyük şair İyenanı ziyarət edərkən
onun qardaşının evində qalmışdı. O, bir qiraətçi kimi o vaxtkı şahzadə Prussiyalı