283
Rixard Vaqner
Mənim həyatım
Avqusta ilə xüsusilə yaxın idi. Hətta onların münasibətlərindən xəbərdar olan in-
sanlar bu xanımı şahzadənin yaxın rəfiqəsi hesab edirdilər. Bütün bunlara baxma-
yaraq o mütəvazi həyat yaşayır, şəxsi qazancı ilə sərbəst həyatını təmin etməsiylə
fəxr edirdi. O, daima mənə sadiq qaldı, hətta “Tanhauzer”in ilk uğursuz tama-
şasının qoyduğu xoşagəlməz təsirdən sonra karıxmadı və özünü yeni əsərimin
səmimi tərəfdarı elan etdi.
181
Tamaşanın özünə gəldikdə isə, ondan bir sıra öyrədici nəticələr çıxardım.
İşimin ötəri qeyd etdiyim ciddi çatışmazlığı Venera rolunun eskizvari, kifayət
qədər yaxşı işlənməmiş olmasında idi. Bu ilk hissənin böyük girişinin uğursuzlu-
ğunun əsas səbəbi idi. Operanın dramatik ifadəliliyi üçün bu səhnə, əsərin ümumi
konsepsiyasında vacib əhəmiyyət kəsb edir. Onda əsərin əsasında duran bütün
qızğınlıq və ehtirasın gərginliyi ifadə olunmalı idi. O, fəlakət hissi aşılayır və ta-
maşaçıları böyük diqqətlə dramın sonrakı inkişafını izləməyə sövq edirdi. Böyük
artist Şreder-Devrienin və qeyri-adi istedada malik Tixaçekin ifasında səslənsə də,
bu böyük səhnə heç alınmamışdı. Bəlkə də Devrien ciddi dramatik anları ifadə
etməyi bacarmayan ifaçı ilə tərəf müqabili olmasaydı səhnənin ehtirasını çatdır-
maq üçün əsl vurğunu tapa bilərdi. Elə bil, onun bütün qabiliyyəti şadlığın, ener-
jili deklamasiyanın ifadəsi üzrə ixtisaslaşmışdı, ağrını və iztirabı ifadə etmək üçün
isə heç bir vasitəsi yoxdu. Volframın təsirli çıxışı və bu pərdənin son səhnəsi tama-
şaçıları bir qədər həyəcanlandırdı. Hətta Tixaçek son sözlərdə səsindəki sevinclə
dinləyiciləri elə ələ almışdı ki, deyilənə görə, ilk pərdədən sonra auditoriyada
gözəl, yüksək əhval-ruhiyyə hökm sürürmüş. Bu əhval Volframla Yelizavetanın
istedadlı ifası sayəsində ikinci pərdə ərzində qorunur və artırdı. Lakin dramın
qəhrəmanı Tanhauzer get-gedə daha çox silinirdi və nəhayət, auditoriyanın sim-
patiya sferasından o dərəcədə yoxa çıxmışdı ki, son səhnədə baş verənlərin təzyiqi
altında tamamilə zavallı bir fiqura çevrilmişdi. Finalda
Günahkarların günahlarını
bağışlamaq üçün Allahın elçisi mənə yaxınlaşdı”
sözləri ilə başlayan böyük adacioda
o, müvaifq ifadəni tapmaqda aciz qalmışdı və bu onun uğursuzluğunu müəyyən
edən həlledici an oldu. Nəticədə “Tanhauzer” üçün tərtib etdiyim göstərişlərdə
bu yerin fövqəladə vacibliyini ətraflı izah etdim. Bu tamaşada isə Tixaçekin qey-
ri-ekspressiv ifasına görə həmin hissə uzunluğu ilə yorucu təəssürat bağışlayırdı
və ikinci tamaşada bu hissəni tamam ixtisara salmalı olmuşdum. Mənə sadiq və
mənim üçün həqiqətən ciddi xidmətlər göstərmiş Tixaçeki məyus etməmək üçün
özümü elə göstərdim ki, guya bu yeri uğursuz hesab edirəm. Ümumi rəyə görə, Ti-
xaçeki qəhrəmanlarımın təsvirçisi kimi özüm seçdiyim üçün, “Tanhauzer”in son-