Rixard Vaqner
Mənim həyatım
284
rakı tamaşalarında operanın vacib anı hesab etdiyim finaldakı adacionun mənim
şəxsi istəyimə və qiymətləndirməmə əsasən buraxılması qərarına gəlmişdilər.
Artıq burdan başa düşmək mümkün idi ki, “Tanhauzer”in Almaniya operaları-
nın səhnələrində sonradan qazandığı müvəffəqiyyətdən özüm üçün illüziya ya-
ratmırdım. Həm kədərlə, həm də sevinclə böyük ruhi gərginlik göstərməli olan
qəhrəmanım ikinci pərdənin sonunda özünü miskin günahkar kimi zəif sədaqət
intonasiyası ilə ifadə edir, üçüncü pərdədə isə tamaşaçıların mərhəmətini oyat-
mağa ümid edərək mülayim itaət göstərirdi. Yalnız bir dəfə-papanın lənətini
çatdıranda onun səsi yenidən elə enerji və tonun ritorik tamlığı ilə guruldadı ki,
orkestrdəki trubalar onu boğa bilmədi. Bu hamını məmnun etmişdi. Beləliklə, əsas
qəhrəmanın xüsusiyyətindəki mühüm səhvə görə tamaşaçılar üçün pyesin mənası
itir, bulanıq, anlaşılmaz əhvalda yoxa çıxırdı. Digər tərəfdən, özüm də son səhnəni
hazırlayarkən təcrübəsizlikdən səhlənkarlığa yol vermişdim. Buna görə əsərin
əsas mahiyyəti tamaşaçılar üçün tam naməlum qalırdı. İlk variantda sədaqətsiz
sevgilisini qaytarmaq istəyən Venera dəli olmuş Tanhauzerin xəyalı kimi peyda
olur və yalnız uzaqdan qırmızıtəhər dumanda görünən Herzelberq, zahirən bu
dəhşətli vəziyyətin gerçəkliyini vurğulayırdı. Operanın həlledici anı, Yelizave-
tanın ölüm xəbərinin verilməsi də Volframın öncəgörməsi şəklində keçirilmişdi.
Yalnız uzaqdan səslənən dəfn zəngi və diqqəti uzaqdakı Vartburqa çəkən, güclə
sezilən məşəl işıqları real fakta eyham vururdu. Hələ onda əllərinə çiçəklənən əsa
vermədiyim, möcüzəni yalnız sözlərlə bildirən və sonda görünən gənc zəvvarlar
xoru tamaşaçıya bulanıq, qarışıq təəssürat bağışlayırdı. Yeri gəlmişkən, bunun
səbəbi həddindən artıq uzadılmış monoton müşayiət idi.
Pərdə enəndə mən tamaşaya rəğbət və məmnunluqla yanaşan auditoriya-
nın rəftarından daha çox şəxsi daxili hissiyatıma görə bu yetişməmiş, qənaətbəxş
olmayan tamaşanın uğursuzluğa düçar olması nəticəsinə gəldim. Çox məyus ol-
muşdum və tamaşadan sonra bir neçə dostumla (mehriban bacım Klara ilə əri də
aramızda idi) yığışanda hamıda eyni əhvalı sezdim. Həmin gecə dərhal görməli
olduğumuz tədbirləri, ilk tamaşanın çatışmazlıqlarını aradan qaldırmağın yolla-
rını müzakirə etdim. Növbəti gün ikinci tamaşanı nümayiş etdirmək nəzərdə tu-
tulurdu. İlk müvəffəqiyyətsiz tamaşanın əsas günahının nədə olduğu barədə bir
kəlmə belə demirdim. Tixaçekə vəzifəsinin mahiyyətini izah etməyə cəhd edərkən
hər dəfə tamam ümidsizliklə üz-üzə gəlirdim. Onu asanlıqla pərt və məyus edə
bilərdim. Bundan sonra o, istənilən şeyi bəhanə gətirib Tanhauzeri ifa etməkdən
imtina edə bilərdi. Opera Tixaçekə görə səhnədən götürülməsin deyə əlimin al-
tında olan yeganə vasitəyə əl atdım. Tanhauzerin partiyasının uğursuzluğunu
öz boynuma götürüb onu ixtisar etməyə razı oldum. Bununla əsas fiqurun dra-
matik əhəmiyyətini çox dəyərsizləşdirsəm də, bir rolun hesabına digər partiya-
ları xilas edirdim. Dərin daxili itaətlə ikinci tamaşanı uğurla təmin etməyə ümid