Rixard Vaqner
Mənim həyatım
286
bil, o ümumiyyətlə daha “Tanhauzer”də çıxış etmək isətmirdi. “Tanhauzer”in zəif
uğurundan pərt olan fon Lütihaunun hələ gəlib çıxmamış dekorasiyadan imtina
etmək, ya da geri göndərmək istədiyini eşitmişdim. Bu açıq ruh düşkünlüyü məni
elə qorxutdu ki, özüm də “Tanhauzer”i ölü hesab etməyə hazır idim. Bu əhvalın
mənim üçün necə təhlükəli olduğu əvvəlki naşirlik təşəbbüslərimdən aydın idi.
183
Dəhşətli səkkiz gün sonsuzluğa bərabər idi. Mən adamlardan qaçırdım.
Buna baxmayaraq bir dəfə Mezerin musiqi dükanına girməli oldum. Burada
Tanhauzer”in librettosunu alan Qottfrid Semperlə qarşılaşdım. Bundan bir qədər
əvvəl onunla qızğın mübahisə aparmışdım. O, Orta əsrlərin minnezingerlərinin və
zəvvarlarının bədii iş üçün motiv verə biləcəyini qəti qəbul etmirdi və açıq bildi-
rirdi ki, belə mövzu seçdiyim üçün mənə nifrət edir. Mezerin sözlərindən məlum
olmuşdu ki, həmin vaxtdan heç kəs “Tanhauzer”i almağa gəlmirdi və beləliklə
o, pul ödəyən yeganə adam idi. Qəribə, inadlı ciddiyyətlə mənə izah etmişdi ki,
əsər barədə düzgün fikrə malik olmaq istəyirsənsə, onunla yaxşı tanış olmalısan.
Semperlə zahirən təsəlliverici olmayan o görüş yaddaşımda yaxşı xatirə kimi qalıb
və mənə müəyyən gümrahlıq aşılamışdı.
Həmin həyəcanlı və əzablı günlərdə dəstəyimRekel idi. Bu, həmin günlər bizi
ömürlük bağladı. O, bir söz demədən daima mənim əvəzimə mübahisə edir, iza-
hatlar verir, təbliğat aparır və mübarizə edirdi. Bunun sayəsində o, “Tanhauzer”in
fanatik pərəstişkarına çevrilmişdi. İkinci tamaşa ərəfəsində onunla axşam bir ba-
kal pivə içdik. O, zövqdən parıldayırdı və onun sevinci mənə də keçirdi. Hər iki-
miz şənlənirdik. Bir müddət diqqətlə məni nəzərdən keçirdi və qəfil sübut etməyə
başladı ki, məni heç nə sındıra bilməz, məndə qarşısıalınmaz bir şeylər var və
bu qanımdadır . Hətta bunu hər baxımdan mənə bənzəyən qardaşım Albertdə
də sezmək olar. O, sözlərini izah etmək üçün həmin “şeyin” məxsusi, təbiətimə
xas coşqunluq olduğunu müəyyən etmişdi. O, belə hesab edirdi ki, bu coşqunluq
digərləri üçün ölümcül ola bilər. Mən isə bu alov get-gedə gücləndikcə özümü
yaxşı hiss etməliyəm. O, iddia edirdi ki, məni dəfələrlə ətrafa işıq saçdığımı görüb.
Mən bu cəfəngiyyatın nəyə işarə olduğunu anlamayıb güldüm. Dostum isə elan
etdi ki, tezliklə onun düz dediyi sübut olunacaq. Çünki “Tanhauzer”in səhnədə
qala bilməyəcəyini düşünməyim absurddur. O, dəqiq bilir ki, müvəffəqiyyətə
şübhə ola bilməz. Evə gedəndə bu sözləri düşünüb dəqiq anladım ki, əgər “Tanha-
uzer” dirçəlib məşhurluq qazansa, bunun misilsiz vacib nəticələri olacaq.