287
Rixard Vaqner
Mənim həyatım
184
Nəhayət, ikinci tamaşa günü yetişdi. Baş rolun mahiyyətini qurban verib,
operanın vacib hissələrində əvvəlcə xüsusi vurğulanmış ideal elementi yumşaldıb
auditoriya üçün aydın olan partiyaları önə çəkmək və bununla da əsərin uğurunu
təmin etmək istəyirdim. İkinci pərdədəki yarış zalının Parisdən gəlmiş dekora-
siyası məni çox sevindirdi. Onun yaratdığı gözəl və nəcib təəssürat yaxşı əlamət
kimi hamımızı həvəsləndirdi. Təəssüf ki, teatrda az tamaşaçı yığılmışdı. Bu yeni
operam barədə nə düşündüklərinin ən yaxşı sübutu idi. Auditoriya az olsa da,
mənim musiqimi sevən ciddi adamlardan ibarət idi. Çox səmimi qarşılandıq.
Mittervürser hətta auditoriyanı cəlb edib əsl entuziazm yarada bilmişdi. Tixaçekə
gəldikdə isə, dostlarım Rekel və Hayne onun yüksək əhval-ruhiyyəsini qorumaq
üçün süni yollara əl atmağı lazım bildilər. Opera üçün çox vacib olsa da, aydın ol-
mayan səhnənin mənasını dərhal anlamaq üçün onlar əsasən rəssamlardan ibarət
bir qrup gəncdən adətən heç bir alqışa layiq olmayan yerlərdə əl çalmağı xahiş
etdilər. Həqiqətən, Volframın
Bir mələk sənin üçün Allahın Taxt-tacına yalvardı, onun
da yalvarışları eşidildi: Haynrix, sənin günahların bağışlandı”
sözlərindən sonra alqış-
lar dərhal səhnədə oynanılan hadisənin mənasını aydınlaşdırdı. Bütün sonrakı ta-
maşalarda ilk tamaşada diqqətdən kənarda qalmış bu hissə auditoriyanın xüsusi
simpatiyasına səbəb olurdu. Bir neçə gün sonra üçüncü tamaşa baş tutdu. Bu dəfə
zal dolu idi. Operanın uğuruna vasitəçi olmadığı üçün məyus olan Şreder-Devrien
tamaşanın gedişatını teatr lojasından izləyirdi. O, mənə danışdı ki, Lütihau onun
yanına gəlib parıldayan gözlərlə “Tanhauzer”i xilas olunmuş hesab etdiyini dedi.
Bu, özünü doğrultdu. Qış ərzində biz davamlı olaraq operanı yeniləyirdik.
Bu zaman belə bir şey müşahidə etmişdim ki, əgər opera iki dəfə ard-arda qoyulur-
dusa, ikinci tamaşada adam daha az olurdu. Bu hələ də böyük opera auditoriyası-
nı ələ ala bilmədiyimizin sübutu idi. Hələ ki, auditoriyanın nisbətən savadlı hissəsi
mənim tərəfimdə idi. Tədricən əmin olurdum ki, əsl “Tanhauzer” dostları arasında
heç vaxt teatrı, əsasən də operanı ziyarət etməyən adamlar var idi. Bu yeni audi-
toriyanın marağı daha intensiv olur və özünü o vaxta qədər alışmadığımız şəkildə
enerjili çağırışlarla biruzə verirdi. Hər tamaşada hər pərdədən sonra səhnəyə çıx-
maq xüsusilə Tixaçekə görə mənim üçün xoşagəlməz idi. Lakin buna tabe olmaq
məcburiyyətində qalırdım. Əks halda, ifaçını daha çox məyus etmiş olurdum. O,
səhnəyə dostları ilə birlikdə mənsiz çıxanda tamaşaçıların enerjili tələbkarlıqla
adımı çağırması ona demək olar ki, təhqir kimi təsir edirdi. İfanın gözəlliyindən
müəllifi unutsaydılar daha xoş olardı! Drezdendə buna nail ola bilmədim və bu
digər işlərimdə mənim üçün bir dərs oldu. Burada nisbətən savadlı auditoriya
arasında mən yalnız bir şeyə nail ola bildim: onu adi sərhədlərdən kənara çıxan