Rixard Vaqner
Mənim həyatım
288
tendensiyalarımla tanış etdim və düşüncə, abstraksiya yolu ilə səhnədəki real ge-
dişatdan mənim əsas ideyamı anlamağa vadar etdim. Bu tendensiyaları təzahür
etdirməyə, geniş, savadsız kütlənin də anlaması üçün dramatik quruluşda aydın
ifadəliliyə isə nail ola bilmədim.
Qış ərzində maraqlı insanlarla ünsiyyətdə olaraq bütün bunları götür-qoy
etmək imkanım oldu.
185
Breslavldan olan və bir müddət əvvəl Drezdendə özəl şəxs kimi yaşamağa
başlayan doktor German Frankla yaxın tanışlıq mənə ciddi xeyir verdi. Müstəqil
var-dövlətəmalik doktor seçilmiş insanların əhatəsində nüfuzamalik olsa da, geniş
kütlələrə tanış olmayan adamlardan idi. Bu nüfuz onun dərin bilikləri, hərtərəfli
inkişafı və böyük yazıçılıq istedadı ilə əlaqəli idi. O, cəmiyyətin geniş dairələrinə
də öz bilik və bacarığı ilə xeyir vermək istəyirdi. Buna görə Brokhauzun təklifi ilə
bir neçə il əvvəl yaradılmış
Deutche Allgemeine Zeitung”
un redaktəsini öz üzərinə
götürmüşdü. Bir il sonra o bu fəaliyyətdən qəti imtina etdi və həmin vaxtdan yal-
nız müstəsna hallarda onu qəzetlərlə təmas etməyə həvəsləndirmək olurdu. Onun
Deutche Allgemeine Zeitung”
un redaktə təcrübəsi ilə bağlı qısa, ağıllı müşahidələri
siyasi mətbuatımıza nifrətinə haqq qazandırırdı. Məhz buna görə o, mənim
tərəfimdən heç bir təzyiq olmadan
Augsburger Allhemeine Zeitung”
da “Tanhauzer”
haqqında geniş hesabat çap etdirdikdə xüsusilə şad olmuşdum. Bu hesabat 1845-ci
ilin oktyabr, yaxud noyabr ayında qəzetin əlavəsində çap olunmuşdu. Bu, sonra-
lar tez-tez müzakirə olunan predmet haqqında ilk məqalə olsa da, indiyə qədər
düşünülmüş sadəliyinə görə “Tanhauzer” haqqında yazılmış məqalələrin ən yax-
şısı, dərini və ağıllısı olaraq qalır. Beləliklə, mən Avropanın böyük siyasi qəzetinin
səhifələrinə düşdüm, bu qəzet redaksiyasının maraqları dəyişdiyinə görə, məni və
əsərlərimi lağa qoymaq istəyən hər kəsə sığınacaq oldu sonradan.
Hər şeydən əvvəl, Frankda məni cəlb edən onun zərif ədəbli tənqid tərzi,
bu və ya digər məsələlər barədə müzakirələri idi. Onda aid olduğu mühitin
xüsusiyyətlərindən daha çox, hərtərəfli savadlı olmasından asılı olan nəciblik var
idi. Onun incə təmkini və soyuqluğu məni itələmək əvəzinə cəlb edirdi. Çünki
bu mənim üçün tam yeni, naməlum bir şey idi. Bəzən layiq olmadıqlarını düşün-
düyüm möhkəm mövqeyə malik adlı-sanlı şəxslər haqqında azad fikir yürüdür,
bəzi hallarda Franka müəyyən, hətta qəti təsir göstərdiyimdən əmin olanda se-
vinirdim. Hansısa məşhur adamın həqiqi xidmətlərini müzakirə etmək əvəzinə
onun ünvanına boş nəzakət sözləri deyilməsini sevmirdim. Belə hallarda hətta
çox təcrübəli dostumu da həvəslə çıxılmaz vəziyyətə salırdım. Bir dəfə o vaxta