289
Rixard Vaqner
Mənim həyatım
qədər yanımda müdafiə etdiyi Meyerberin “möhtərəmliyi” barədə sərt fikir bil-
dirdiyini eşidəndə böyük məmnunluq duymuşdum. O, gülümsəyərək ona ünvan-
ladığım bütün qəribə sualları xatırlamışdı. Yeri gəlmişkən, onun qarşısında Men-
delson kimi bir adamı da ifşa etmişdim. Onun əsl simasını, tərifli qərəzsizliyinin,
incəsənət naminə qurban verməyə hazır olduğunun əsl mahiyyətini açmışdım.
Frank, Mendelson haqqında danışarkən bildirmişdi ki, onun simasında yalançı
və incəsənət naminə nalayiq mövqedən azad olmaq üçün məhrumiyyətlərlə ra-
zılaşan bir sənətkar görür. Məsələn, Mendelson Leypsiqdə
Gewandhaus
muzikdi-
rektoru vəzifəsini tutmaq üçün Berlində 3000 taler maaşı olan baş muzikdirektor
vəzifəsindən imtina etmişdi. Şübhəsiz, bu gözəl, hörmətəlayiq hərəkət idi. Mənim
bu yalançı qurbanla bağlı məsələnin nə yerdə olduğunu öyrənmək imkanım da
olmuşdu. Çünki kral kapellasının bir neçə yoxsul üzvü üçün əsas rəhbərlik qar-
şısında əl-ayağa düşən vaxt fon Lütihau demişdi ki, kapellanın vəsaitləri kralın
son təlimatları ilə çox tükənib və ehtiyac içində olan musiqiçilərin vəziyyətinin
yaxşılaşdırılması barədə düşünməyə dəyməz. Məlum olmuşdu ki, Mendelsonun
alovlu pərəstişkarı olan Leypsiq dairəsinin direktoru fon Falkenşteynin təklifi ilə
kral Mendelsonu 2000 taler maaşla gizli kapelmeyster təyin edibmiş. Beləliklə,
Mendelson Leypsiq
Gewandhaus
unun rəhbərliyindən aldığı 1000 talerlə birlikdə
Berlindəki maaşının əvəzini bütövlüklə ödədiyi üçün Leypsiqə köçmək qərarı
alıbmış. Kapellanın fondunun rəhbərliyində başa düşürdülər ki, bununla institu-
tun maraqlarına ciddi zərər dəyib. Kiminsə müəyyən funksiyaları olmadan ka-
pelmeyster vəzifəsinə təyin olunmasının açıqlanması daha az maaş alan həqiqi
kapelmeysterlərin narazılığına səbəb olacağı üçün bunu sirr kimi saxlayırdılar.
Mendelson da bu səbəbdən susur və hətta təmənnasız şəkildə Leypsiqə köçməsi
barədə dostlarının təriflərinə qulaq asmalı olurdu. Əslində bunun özü də bir qədər
qəribə gəlirdi. Çünki Mendelson onsuz da varlı idi. Bu izahatlar Frankı sarsıtmışdı
və etiraf etmişdi ki, yalançı mövqeyin belə ifşa olunması ilə ilk dəfə rastlaşır.
186
Tezliklə Drezdendə rastlaşdığımız dünyaca məşhur incəsənət xadimləri
barədəbucür təsəvvürlərimizi bölüşməyəbaşladıq. Ən“möhtərəm” şəxslərdənbiri
olan Ferdinand Gillerə münasibətdə bu elə də çətin deyildi. “Tanhauzer” sayəsində
tez-tez toqquşmalı olduğum Düsseldorf məktəbinin məşhur sənətkarlarına
gəldikdə isə onlar barədə müəyyən fikir sahibi olmaq çətin idi. Sadəcə, onların ad-
larının şöhrətinə və əhəmiyyətinə etibar edirdim. Lakin bu zaman Frank faydalı və
dəqiq ifşaları ilə məni məyus etmişdi. Bendemann və Gübner haqqında danışanda
adama elə gəlirdi ki, Bendemannın xatirinə Gübneri asanlıqla qurban vermək olar-