Rixard Vaqner
Mənim həyatım
290
dı. Bendemann kral qəsrinin zallarından birindəki freskanı təzəcə tamamlamışdı
və dostları bu səbəbə onun şərəfinə nahar təşkil etmişdilər. Mənə elə gəlirdi ki, o,
böyük bir usta kimi bu hörmətə layiqdir. Frank tamamilə sakit şəkildə kralın Ben-
demanna zalı “ləkələmək” üçün icazə verdiyinə görə məyus olduğunu bildirəndə
sarsılmışdım! Lakin bu adamlara “hörmətdə” imtina etmək olmazdı. Onların məni
cəlb edən mühitində teatr mühiti ilə müqayisəolunmaz dərəcədə mədəni atmosfer
hökm sürürdü və daha geniş, daha zərif incəsənət məsələləri müzakirə olunurdu.
Amma burada həqiqi səmimiyyət və məhsuldar axtarışlar da eyni dərəcədə az idi.
Görünür, Giller, qışda hər həftə üzvlərdən birinin evində toplaşan “dərnək” təşkil
edəndə bu keyfiyyətlərin heç birni axtarmırdı. Gübner və Bendenmanna poeziya
ilə məşğul olan Reyneke də qoşulmuşdu. Bədbəxtlikdən onun payına Gillerə yeni
opera mətni yazmaq düşmüşdü. Bu əsərin sonrakı taleyi barədə də danışacam.
Gillerdən və məndən başqa musiqiçi kimi “dərnəyimizə” Robert Şuman da
qoşulmuşdu. O, həmin vaxt Drezdendə yaşayır və “Qenoveve” ilə nəticələnən
opera planları ilə məşğul olurdu. Şumanla hələ Leypsiqdə tanış olmuşdum. Biz
musiqi fəaliyyətinə eyni vaxtda başlamışdıq. Əvvəllər o
Neue Zeitschrift für
Musik”
i redaktə edəndə mən ona vaxtaşırı qısa məqalələr və bir dəfə Rossini-
nin
Stabat mater”
i ilə bağlı böyük yazı göndərmişdim. Teatrda təşkil olunmuş
konsertdə onun
Paradies und Peri”
si səslənəcəkdi və onu dirijorluq üçün dəvət
etmişdilər. Onun orkestri idarə edə bilmək bacarığı olmadığına görə, bu əsərini
xoşladığım dərrakəli, enerjili musiqiçiyə həqiqətən kömək edə bilərdim. Aramız-
da səmimi rəğbət və etibarlı münasibət yaranmışdı. O iştirak etdiyi “Tanhauzer”
tamaşasından sonrakı səhər məni ziyarət edib əsərimin xeyrinə qəti fikrini bil-
dirdi. O, əsərimdə yalnız bir çatışmazlıq tapdı: ikinci finalda bir qədər sıxılmış
stretta. Bu onun həssas duyumundan xəbər verirdi. Belə ki, partiturada da ona
göstərdiyim kimi bu yer özümə xoş gəlməsə də məcburi kupyurla təhrif olunmuş-
du. Bəzən biz birlikdə gəzintiyə çıxır və sözlərə bu qədər xəsis olan bir adamla
mümkün olduğu qədər müxtəlif musiqi işləri, maraqları barədə fikir mübadiləsi
aparırdıq. O, tezliklə Bethovenin “Doqquzuncu simfoniya”sını mənim dirijorlu-
ğumla eşidəcəyi üçün sevindiyini bildirirdi. Mendelson ilk hissəni yanlış tempdə
apararaq təhrif etdiyi üçün Leypsiqdə bu simfoniyanın ifası ona əziyyət verirdi.
Ümumiyyətlə, bu insanla ünsiyyətdən yeni şeylər əldə etmədim. Elə onun özü
də özünəqapalı adam olduğu üçün tanışlığımızdan heç bir fayda əldə etmədi. Bu
tezliklə “Genoveve”nin mətnini yazarkən də özünü göstərdi. Mənim nümunəm
ona yalnız zahiri təsir göstərdi və librettonu özünün yazmağın daha rahat olduğu-
nu qərarlaşdırması ilə nəticələndi. Düzdür, o bir dəfə məni Gebbel və Tikdən uy-
ğunlaşdırılmış mətni dinləməyə dəvət etmişdi. Lakin onda dostumun işinin uğur
qazanmasına görə səmimi qəlbdən narahat olduğum üçün böyük çatışmazlıqları
göstərib lazımlı dəyişiklikləri təklif edərkən əmin oldum ki, bu qəribə adamla yola