291
Rixard Vaqner
Mənim həyatım
getmək çətindir. O, mənə yalnız heyran olmağa icazə verirdi. İlhamının bəhrəsini
tənqid etmək cəhdi isə ona toxunurdu və dostum bunu qeyzlə rədd edirdi. Bunun-
la barışmalı oldum.
187
Növbəti qış Giller təşkil etdiyi “dərnəyi” çox genişləndirdi. İndi “dərnək”
hər həftə Engelin Poçt meydanındakı restoranında xüsusi kabinetə toplanan qa-
palı cəmiyyətə qədər böyümüşdü. Məşhur İ.Şnorr Münhendən Drezdenə rəsm
qalereyasının direktoru vəzifəsinə dəvət olunmuşdu. Onu təntənəli naharla qar-
şılaşmışdıq. Onun iri tablolarına baxırdım. Onların ölçüləri, qədim alman tarixi-
nin maraqlı anlarını çatdıran məzmunu mənim xoşuma gəlmişdi. Mən “Münhen
məktəbi”, onun rəhbəri Şnorr haqqında söhbətlərə qulaq asırdım və beynimdə
belə bir fikir dolaşırdı ki, alman incəsənətinin bu cür nəhəngləri bir-birlərinə əl
uzatsalar, nələrəsə nail ola bilərdik. Məni Şnorrun xarici görünüşü və nitqi sar-
sıdırdı. Məktəb müəlliminin ağlamalı tonu təsəvvürümdə onun həyəcanlandırıcı
tabloları ilə heç cür əlaqələnmirdi. Lakin onun şənbə axşamı Engelin restoranına
gəlməsini xoşbəxtlik hesab edirdim. O, qədim alman saqalarını yaxşı bilirdi və
süfrə arxasında təkcə bunların adlarının çəkilməsi əhvalımı yüksəldirdi. Məşhur
heykəltəraş Henel də burada idi. Məni onun nəhəng istedadına xüsusi hörmət
bəsləməyə sövq etmişdilər. Hərçənd, bu halda öz mühakiməmdən daha çox baş-
qasının nüfuzuna etibar etməli idim. Lakin tezliklə onun rəftarının və tərzinin
mübaliğəli olduğunu anladım. O, həvəslə incəsənət barədə danışır, dünyagörü-
şünü və mühakimələrini bölüşürdü. Bunların hər hansı bir məzmuna malik olub-
olmadığını demək çox çətin idi. Tez-tez mənə elə gəlirdi ki, qarşımda lovğa-filis-
ter dayanıb. Yalnız bir müddət Drezdendə qalan “çoxillik” dostum Pext Genelin
sənətkar kimi mahiyyətini dəqiq və aydın izah edəndən sonra gizli əndişələrimi
bir kənara qoyub sadəcə onun əsərlərindən zövq almağa başladım. Aramızda onun
tam əksi isə Ritşel idi. Bu xəstə, solğun, gözüyaşlı-qorxaq adamın heykəltəraş ol-
duğunu təsəvvür edə bilmirdim. Lakin Şnorra qarşı da təxminən eyni çaşqınlığın
öhdəsindən gəldikdən sonra (onun da görkəmli rəssam olduğunu hiss etmək qey-
ri-mümkün idi) Ritşelə daha rahat uyğunlaşdım. Özü də ki, onda heç bir mübaliğə
görmədim. Öz sənətkar səmimiyyəti və mehribanlığı ilə o məni get-gedə daha çox
cəlb edirdi. İlk dəfə onun tərəfindən dirijorluğuma çox şəfqətli, hətta ruhlandırıcı
münasibət gördüm. Bizim böyüyən dərnəyimizin zahiri həmrəyliyinə baxmaya-
raq aramızda heç bir daxili əlaqə yox idi. Həmişə elə gəlirdi ki, biz bir-birimizi
heç saymırıq. Məsələn, Giller bir sıra orkestr konsertlərini aranjman edəndə dost-
lar onun şərəfinə ziyafət verdilər. Bu süfrə arxasında onun xidmətləri ritorik pa-