Rixard Vaqner
Mənim həyatım
292
fosla sayılır və qiymətləndirilirdi. Lakin dostları arasında onun haqqında söhbət
düşəndə heç vaxt işi barədə yaxşı bir söz eşitmirdim. Əksinə, həmişə dərin mənalı
çiyin çəkmə ilə müşayiət olunan bir çaşqınlıqla qarşılaşırdım. Tezliklə məşhur
konsertlər də kəsildi. Daha axşam yığıncaqlarımızda heç kim bura yığışan usta-
ların əsərlərindən danışmırdı. Məlum oldu ki, əslində heç kim burada nə etməli
olduğunu bilmir.
Yalnız cəmiyyətimizdə Semper peyda olanda hər şey canlandı. Hətta
dərnəyimizə səmimi maraq göstərən Ritşel də xüsusilə Semperlə mənim aram-
da baş verən qızğın toqquşmalardan, hökm sürən təmkinsizlikdən qorxmuş və
həyəcanlanmışdı. Mənimlə onun antaqonist olduğumuz qənaətilə mübahisələrə
davam edirdik: o, məni orta əsrlərin katolikləşmiş tendensiyalarının nümayəndəsi
hesab edir və məhz buna əsl qəzəb nümayiş etdirirdi. Onu çox çətinliklə olsa da
əslində alman qədimliyi ilə maraqlandığıma, qədim german əsatirlərinin ideal
məzmununu sevərək öyrəndiyimə inandıra bildim. Biz bütpərəstlik məsələsinə to-
xunduğumuz və qəhrəmanlıq eposuna heyranlığımı bildirdiyim vaxtdan Sempler
müsbət mənada başqa insana çevrildi. Ümumi və ciddi maraq bizi elə bağladı ki,
cəmiyyətin qalan hissəsindən təcrid olunduq. Lakin axşamları yenə də həyəcanlı
canlı toqquşmalar baş verirdi: bunun səbəbi təkcə Semperinmütləq ziddiyyətə olan
sevgisi yox, həm də özünü bu cəmiyyətdə tamam yad hiss etməsi idi. O, həmişə
yalnız ziddiyyət yaratmağa hesablanmış paradokslar deyirdi. Lakin mən aydın
görürdüm ki, digər iştirakçıların arasından yalnız biz ikimiz həssas məsələlərə
qızğın maraqla yanaşırıq. Digərləri bu məsələlərdən həvəslə yan keçirdilər.
188
Belə axşamlarda bizi tez-tez ziyarət edən Quskov son tendensiyaya riayət
edirdi. O, Drezdenin əsas rəhbərliyi tərəfindən dramaturq kimi dəvət olunmuşdu.
Onun bir neçə dramı son vaxtlarda böyük uğurla səhnələşdirilmişdi:
Zopf und
Schwert”, “Das Vorbild des Tartuffe”
Uriel Akosta”
dramatik repertuarı təzələyib
bir qədər parıltı bəxş etmişdi mədəni mühitə. Bir tərəfdən, Quskovun rəhbərliyi
altında Drezden teatrı, digər tərəfdən, mənim təsirimlə operada yeni eranın əsası
qoyulurdu. İşlərin idarə olunmasında azad iradə kifayət qədər idi. Şəxsən mən
Quskovun yerinə köhnə dostum Laubeni dəvət etmək alınmadığı üçün məyus
olmuşdum. Laube də dramaturgiya ilə çox məşğul olurdu. Hələ Parisdə olarkən
onun Skribi diqqətlə tədqiq etdiyini hiss etmişdim. O, Skribin çevikliyini, səhnə
üçün yazmaq qabiliyyətini mənimsəməyə çalışırdı. Bunsuz alman dramaturgiyası
heçliyə məhkum idi. O, əmin idi ki, “Rokoko” komediyasında işin bu tərəfinin
öhdəsindən mükəmməl şəkildə gəlmişdi. İndi o, səhnə üçün istənilən materialı