293
Rixard Vaqner
Mənim həyatım
bu effektlə işləyirdi. Laube müvafiq mövzuları xüsusi səylə seçirdi. Üstəlik, onun
nəzəriyyəsinin əleyhinə işləsə də yalnız günün ədavətini biruzə verən pyeslər uğu-
ra nail olurdu. Bu ədavət cari siyasətlə təyin olunurdu. Pyesə bu və ya digər yolla
populyar şəkildə “alman birliyi” və ya “alman liberalizmi” haqqında bir şeylər
əlavə etmək lazım idi. Bu effektlər alman auditoriyası, kral teatrının abunələri
üçün nəzərdə tutulurdu. Onları razı salmaq üçün hər şeyi çevik və məzəli forma-
da, ən yeni fransız vodevilçilərinin etdiyi kimi təqdim etmək lazım idi. Laubenin
bu pyeslərini böyük zövqlə izləyirdim. Həm də o, özü tez-tez komediyalarının
səhnələşdirilməsi üçün Drezdenə gələndə yaradıcı vərdişlərini gizlətmir və özünü
əsl şair kimi göstərmək fikrindən uzaq gəzirdi. Bundan başqa, yalnız əsərlərinin
kompozisiyasında yox, onlara quruluş verərkən də böyük təcrübə və demək olar,
coşğun enerji nümayiş etdirirdi. Əgər o, Quskovun tutduğu yerə dəvət olunsaydı
(
ona bumənada ümid də verilmişdi), Drezden teatrına böyük xidmətlər göstərilmiş
olardı. İşlərin idarə olunmasında aşkar qabiliyyətsizliyinə baxmayaraq Quskova
üstünlük verdilər. Məlum oldi ki, hətta nisbətən uğurlu əsərlərində də o, baca-
rıqlı literatordan başqa bir şey deyildi. Effektiv pyeslərdən sonra o, elə darıxdırıcı
əsərlər buraxırdı ki, hamı çaşıb qalırdı. Elə bil, o özü bu əsərləri arasında fərqi
anlamırdı. Lakin məhz bu saf literator cizgiləri Quskovu bir çoxunun gözlərində
dəyərli yazıçı haləsi ilə əhatə edirdi. Fon Lütihau da Quskova üstünlük verəndə te-
atra fayda vermək fikrindən daha çox onun cazibəsinə qapılmışdı. Ona elə gəlirdi
ki, bu addımla ülvi mədəni maraqlara xidmət edir. Quskovun teatr işində baca-
rıqsızlığını anlamağım məni onun dəvət olunmasının əleyhdarına çevirdi və mən
fikirlərimi fon Lütihauya açıq şəkildə bildirdim. Yəqin ki, məhz bu söhbət ara-
mızdakı uçurumun əsasını qoydu. Mən özbaşına və ağılsız şəkildə alman saray
teatrları kimi dəyərli bədii müəssisələrdən istifadə edənlərin yelbeyinliyindən ona
şikayətləndim. Bu hallarda operanın idarə olunmasında qaçılmaz olan qarışıqlıq-
dan yayınmaq üçün Quskovun bu sahəyə müdaxilə etməsinə qəti şəkildə etirazı-
mı bildirdim. Etirazlarım diqqətə alınmışdı və bununla Quskovun özü də böyük
rəzalətdən xilas olmuşdu. Nəticədə, mənimlə Quskov arasında inamsızlıq yaran-
mışdı. Şəxsən mən bu münasibətləri yaxşıya doğru dəyişdirmək üçün həvəslə
əlimdən gələni edərdim. Axşamlarımızda ona yaxınlaşmağa və bu alçaqboylu,
qaraqabaq qəribə adamı hərəkətə gətirib söhbətə cəlb etməyə çalışırdım. Lakin o,
ehtiyatla və inamsızlıqla mənə uymur və ciddiyyətini qoruyurdu. Bir dəfə onun
istəyi ilə bağlı mübahisəmiz düşdü. O,
Uriel Akosta”
pyesində məhz qəhrəmanın
yalançı-təhqiramiz baxışlarından imtina etdiyi səhnədə bu imtinanın melodrama-
tik orkestr ifası iləmüşayiət olunmasını istəyirdi. Mən xüsusən xəyalpərəst akkord-
lara tökülən, qəsdən sakit tremolonu eşidəndə bu fikri həmmusiqi, həm də drama-
tik baxımdan absurd hesab etdim. Bu mövzuda, ümumiyyətlə, musiqinin melod-
ramatik effektlərə tədbiqi barədə Quskovla axşamlardan birində söhbət etdim və