Rixard Vaqner
Mənim həyatım
294
yüksək incəsənət prinsipləri nöqteyi-nəzərindən öz fikirlərimi bildirdim. O, bütün
prinsipial fikirlərimi sona qədər sakitcə, tutqun inamsızlıqla dinlədi və bildirdi ki,
öz musiqi iddialarımda çox irəli gedirəm. O başa düşmürdü ki, əgər kiçik doza-
larla dramda təqdim olunarsa, musiqinin şərəfi nə dərəcədə zərər görə bilər. Axı
operalarda poeziya musiqi naminə başdan-ayağa təhrif olunub eybəcərləşdirilir.
Praktiki nöqteyi-nəzərdən isə dramaturq həddindən artıq tələbkar olmağa məcbur
deyil. Hər dəfə artistə effektiv final təmin etmək mümkün deyil. Səhnədən alqışlar
olmadan getmək, xüsusilə də əsas aktyora, həmişə xoşagəlməz olduğu üçün belə
anlarda orkestrin səs-küyündən istifadə edib diqqəti dağıtmaq olar. O, bunları
tam ciddi deyirdi. Daha bu adamla danışmalı bir sözüm qalmamışdı.
189
Tezliklə yığıncağlarımızın iştirakçısı olan rəssamlar, musiqiçilər və digər
incəsənət kahinləri ilə əlaqələrimi tamamilə kəsdim. Buna baxmayaraq Bertold
Auerbaxla tanışlığım məhz bu dövrə təsadüf edir. Hələ Alvina Froman mənə
həvəslə onun kənd hekayələrindən danışırdı. O deyirdi ki, bu sadə, iddiasız hesab
etdiyi oçerklər tanıdığı Berlin dairələrində çox canlandırıcı təəssürat qoymuşdu,
sanki ifrat ətir qoxuyan buduara (həmin vaxt hökm sürən ədəbiyyatı məhz onun-
la müqayisə edirdilər) açıq pəncərədən təravətli meşə havası dolmuşdu. Mən tez
məşhurlaşmış “Şvarsvald kənd hekayələri”ni oxudum və xalq həyatından olan
lətifələrin yerli ətri, məzmunu və tonu xoşuma gəldi. Drezden həmin vaxt ədəbi,
bədii məşhurlarımızın toplaşdığı yerə çevrildiyi üçün Auerbax da bura gəlib bir
müddətliyinə dostu Gillerin evində (onun üçün yanında daha bir qəbuledilmiş
məşhuru saxlamaq üçün bəhanə yaranmışdı) qalmışdı. Özünü bəstəboy, enlikürək
yəhudi kənd oğlanı kimi göstərən Auerbax çox yaxşı təəssürat bağışlayırdı. Son-
radan əmin oldum ki, məxsusi effektə hesablanmış yaşıl gödəkcə və xüsusən də
yaşıl ovçu papağı onun xalq şairi, şvab kənd hekayələrinin müəllifi roluna tam
uyğun idi. Qotfrid Keller Sürixdə mənə danışmışdı ki, Auerbax onunla maraqla-
nanda ədəbi əsərlərini reklam eləməyin, onları pula çevirməyin yollarını məhz
ondan öyrənməyə başlamışdı. O, bu məqsədlə ilk növbədə belə gödəkcə və papaq
almağı tövsiyə etmişdi. Keller də gözəlliyi və boy-buxunu ilə fərqlənmədiyi üçün
özünə ən yaxşı halda bir qədər qəribə, kobud görüntü verə bilmişdi. Belə deyək,
Kellerin papağını yanakı qoymuşdu. Lakin hələlik Auerbaxın şişirdilməsi ilə bağlı
heç nə bilmirdim. O, xalq tonunu və vərdişlərini elə yaxşı mənimsəmişdi ki, özünə
tamamilə yad bir mühitdə özünü necə yaxşı hiss etməsi qəribə görünürdü. Amma
o, özünü evindəki kimi hiss edirdi. Yaşıl gödəkcəli kobud, sadədil, əsl təbiət oğlu
seçilmiş cəmiyyətin təriflərinə qulaq asır, bu vaxt böyük Veymar hersoqunun ona