295
Rixard Vaqner
Mənim həyatım
yazdığı məktubları, öz cavablarını nümayiş etdirirdi. Üstəlik, hər şey barədə əsl
şvab kişisi kimi fikir bildirirdi ki, bu da ona yaraşırdı.
190
Şəxsən məni xüsusi bir hal cəlb edirdi. İlk dəfə onun simasında səmimi
qəlbdən öz yəhudiliyi barədə danışan bir yəhudi görürdüm. Görünür, o, bu
mənada özünə qarşı ola biləcək istənilən hoqqaları mülayim münasibətilə iflic
etməyə də çalışırdı. Onun uşaqlıq illəri barədə söhbətlərinə qulaq asmaq xoş
idi. Həmin vaxtlarda o, Klopştokun “Messiyada”sını oxuyan yeganə alman idi.
Bir dəfə daxmasında bu kitaba başı qarışanda məktəbə gecikmişdi və müəllim
onu bu sözlərlə qarşılamışdı: “Ay lənətə gəlmiş cuhud balası, yenə harda ge-
şeft edirdin?” O, belə hadisələrdən çox əziyyət çəkirdi və çox düşünürdü. Lakin
heç vaxt kin bəsləmir, hətta kobudluğa, zülmkarlığa səmimi qəlbdən acıyırdı.
Bütün bunlar onun xeyrinə işləyirdi. Ancaq vaxt keçdikcə sezdim ki, o, bu cür
təsəvvürlərin və fikirlərin çevrəsində qapanıb qalıb. Görünür, bütün dünya tarixi
onun gözündə yəhudiliyin şöhrətləndirilməsi problemi kimi canlanırdı. Bir dəfə
inamla və sadəlövhlüklə onunla bu mövzuda danışdım. Ona məsləhət gördüm ki,
yəhudilik məsələsindən əl çəksin: axı dünya haqqında mühakimə yürütmək üçün
digər baxış bucaqları da var. Qəfil onun məsumluğu yoxa çıxdı və həmsöhbətim
bir o qədər də səmimi olmayan ağlamsınmış-ekstatik tona düşdü. O, bildirdi ki,
bunu edə bilməz, yəhudilikdə onun üçün xüsusilə dəyərli olan bir çox şeylər var.
Bu entuziazm partlayışını sonralar Auerbaxın bir neçə dəfə yəhudilərlə ailə qur-
duğunu və bu ailələrin ona xüsusi bir xoşbəxtlik bəxş etmədiyini (bu yolla qa-
zandığı var-dövləti nəzərə almasaq) eşidəndə yadıma saldım. Uzun illər sonra
onu yenidən Sürixdə görəndə xarici görünüşü pisliyə doğru dəyişmişdi. O, adi
kirli yəhudi idi. Əvvəlki canlılığı adi yəhudi narahatlığına çevrilmişdi. Auerbax
danışanda sözləri qəzetdə çap etmək əvəzinə havaya buraxdığına görə peşman
olduğu hiss olunurdu.
Lakin həmin vaxt Auerbaxın bədii-artistik planlarıma diqqət göstərməsi
qürurumu oxşayırdı. Hərçənd, bu rəğbət yəhudi-şvab xarakteri daşıyırdı. Buna
yeni anladığım bir şey də vasitəçi olurdu. Belə ki, dərin savadlı, xüsusi çəkiyə və
əhəmiyyətə malik şəxslər mənimlə sənətkar kimi maraqlanır, qəbul edir və he-
sablaşırdılar. “Riensi”nin uğuru məni teatr məşhurları sırasından çıxarmamışdı.
Lakin “Tanhauzer”in böyük səylərlə qazandığım uğuru dünyagörüşümü mühüm
dərəcədə genişləndirən simalarla təmasıma səbəb olmuşdu. Lakin onlarla yaxın
münasibət incəsənətin və ədəbiyyatın yüksək mənəviyyat mərtəbəsindəki sfera-
nın miskinliyini və pozğunluğunu göstərdi. “Tanhauzer”in ilk tamaşası ilə bağlı