Rixard Vaqner
Mənim həyatım
296
həmin qısa əlaqələr məni xoşbəxt etməsələr də, əsas məqsədimdən də uzaqlaş-
dırmadı. Gillerin səyləri nəticəsində yaranan, tezliklə mənasızlığını anladığım
qələbəlik və səs-küy məni tənhalığın, yaradıcılığın ağuşuna atdı. Yalnız burada
mən “Tanhauzer”in bəxş etdiyi narahatlıqdan, əzablı həyəcanlardan istirahət edə
bilərdim.
Artıq “Tanhauzer”in ilk tamaşasından bir neçə həftə sonra “Loenqrin”in
mətnini bitirmişdim. Noyabrda onu yaxın dostlarıma, sonra da Gillerin
dərnəyində” oxudum. Şeirlərimi tərifləyir və “effektiv” hesab edirdilər. Hətta Şu-
man da bununla razılaşırdı. Lakin o, əsərimə vermək istədiyim musiqili formanı
anlamırdı. Çünki müəyyən musiqi nömrələrinin yerini görə bilmirdi. Zarafatyana
tərzdə librettodan tamamlanmış ariya və kavatina görkəmi verdiyim bəzi yerləri
oxudum. O da gülümsəyərək məğlubiyyətini qəbul etdi.
191
Frankın mövzuyla bağlı qeyd olunmuş bəzi faciəvi məqamlar barədə ehtiyat
və məharətlə bildirdiyi dərin irad və rəyləri daha ciddi və diqqətəlayiq idi. O, belə
hesab edirdi ki, Loenqrin Elzanı cəzalandırmaq istədiyi üçün tərk etməməlidir.
Belə sonluq dinləyicini təhqir edirdi. O, razılaşırdı ki, saqanın özündə bu, həqiqətən
yüksək poetikmahiyyətə malik çox səciyyəvi bir andır. Lakin dramda onu ifadəsiz,
nə əsərin faciəvi konsepsiyasına, nə də dramatik həqiqətinə uyğun gəlməyən bir
şey hesab edirdi. Loenqrin, Elzanın sevginin diqtə elədiyi xəyanətinin təəssüratı
ilə səhnədə gözümüzün qarşısında ölsə, daha yaxşı olardı, o belə hesab edirdi.
Lakin bu mümkün olmadığı üçün Loenqrinin getməyinə mane olan xüsusən
əzəmətli bir səbəb düşünmək lazımdı. Əlbəttə, mən bu cür kombinasiyalar barədə
bir kəlmə belə eşitmək istəmirdim. Mən çətin vəziyyətdən çıxmağın, dəhşətli ay-
rılıqdan qaçmağın və Loenqrinin getməsinə imkan verməyin yollarını axtarmağa
başladım. Mənə elə gəlirdi ki, çıxış yolunu tapmışdım: Loenqrin gedir. Lakin tək
yox, Elza ilə. Elza da dünyadan tövbə edərək uzaqlaşır. Bu kombinasiya dostu-
mu məmnun etdi. Şübhələrimi sınamaq üçün xanım fon Lütihaudan şeirlərimi
oxuyub Frankın qoyduğu dilemma barədə fikir bildirməyini xahiş etmişdim. O,
yazdığı qısa məktubda şeirlərimi təriflədi. Mübahisəli məqama gəldikdə isə yəqin
ki, “Loenqrin”in başqa cür yox, məhz belə bitməli olduğunu anlamayan Frankın
poetik duyumdan məhrum olduğunu bildirdi. Ürəyim rahatlıq tapdı. Məktubu
Franka göstərdim. O, utandığından qızardı və özünü təmizə çıxarmaq üçün xanım
fon Lütihau ilə maraqlı məktublaşmalara başladı. Bu məktublaşmanı oxumasam
da, nəticə o oldu ki, “Loenqrin”də hər şey olduğu kimi qaldı. Qəribə olsa da, sonda
mən yenə məhz bu səbəbdən tərəddüdə düşdüm. Adolf Ştar böyük inadkarlıqla