297
Rixard Vaqner
Mənim həyatım
Frankın dediklərini təkrarladı. Bu iki fikrin üst-üstə düşməsi məni təəccübləndirdi.
Loenqrin” yazılarkən yaşadıqlarımla heç bir ortaq nöqtəsi olmayan bir əhvalda
qeyri-xityari zəifliyə qapıldım və Ştara tələsik yazdığım məktubda az qala onun
fikirləri ilə tamamilə razılaşdığımı bildirdim. Bununla Litsi məyus etdiyimi bilmir-
dim. Belə ki, bu məsələdə o, Ştara qarşı xanım fon Lütihaunun Franka qarşı tutdu-
ğu mövqeyi tutmuşdu. Xoşbəxtlikdən, böyük dostumun özümə xəyanət etməyim
barədə əndişələri uzun çəkmədi. Hələ ona bəxş etdiyim məyusluqdan xəbərdar
olmadan bir neçə gün sonra əzablar içində heç nəyi dəyişdirməmək qərarı aldım.
Bu məsələdə tərəddüdlərin mənasızlığı mənə tam aydın olmuşdu. İsveçrədəki sı-
ğınacağımdan Listə qısa məktub göndərmişdim: “Ştar səhvdir, Loenqrin düzdür”.
192
Bu dəfə şeirlərimin poetik və tənqidi işlənməsi ilə məhdudlaşdırdım özü-
mü. Hələ ki, musiqini hazırlamağa başlamaq barədə düşünə bilməzdim. Həmişə
çətinliklə əldə etdiyim labüd harmonik mənəvi sakitlik çatışmırdı. Buna nail olmaq
üçün uzun müddət və inadla taleyimlə mübarizə aparmalı oldum. “Tanhauzer”in
səhnələşdirilməsi zamanı keçirdiyim məyusluq gələcəyə ümidlərimi əlimdən al-
mışdı. Aydın idi ki, yeni operam uzun müddət yalnız Drezden teatrının repertu-
arında qalmağa məhkum edilmişdi. Əgər “Riensi”nin parlaq uğuru ilə buna nail
olmadımsa, “Tanhauzer”lə buna ümid etməyə dəyməzdi. Həm də onun sayəsində
maddi vəziyyətim getdikcə daha çıxılmaz hal alırdı və fəlakət ən qaçılmaz şəkildə
yaxınlaşırdı. Mən buna hazırlaşır və eyni zamanda hər şeyi unudub bir tərəfdən
sevimli tarix məşğələlərimə davam edir, saqaları və müvafiq ədəbiyyatı tədqiq
edir, digər tərəfdən istirahət etmədən müxtəlif musiqi tədbirlərində iştirak edir-
dim. Alman Orta əsrlərində özümü evdəki kimi hiss edirdim. Filoloji biliklərimin
çatışmazlıqlarına baxmayaraq məşğələlərə elə ciddi yanaşırdım ki, məsələn, bö-
yük maraqla Qrimmin nəşr etdirdiyi qədim alman atalar sözlərini və məsəllərini
öyrənirdim. Bu cür məşğələlərin nəticələri səhnədə gerçəkləşmədiyi üçün çoxla-
rı niyə opera bəstəkarının belə dərinliklərə daldığını anlaya bilmirdi. Sonradan
kimsə hiss etmişdi ki, bütün bunların “Loenqrin”in poetik siması ilə nəzərəçarpan
əlaqəsi var. Lakin bunu da “süjeti seçərkən bəxtin gətirməsi”nə bağlayırdılar. Mənə
yalnız yozumun xüsusi çevikliyini aid edirdilər. Çoxları mənin misalıma uyğun
olaraq alman orta əsrlərinin, hətta Skandinaviya eposunun süjetlərini işləməyə ça-
lışırdılar. Ancaq mümkün olmurdu. Bəlkə məsəllərin, atalar sözlərinin və buna
bənzər şeyləri öyrənməyin faydalı olacağını gec də olsa deyib indi onlara kömək
edə bilərəm. Məsələn, Ferdinand Giller fəxrlə Qogenştaufenlərin epoxasının süje-
tini işləməyə başlayanda ona istifadə etdiyim yardımçı mənbələri bildirməyi unut-