Rixard Vaqner
Mənim həyatım
298
muşdum. Əsər alınmamışdı və indi bunları öyrənəndən sonra o, məni predmetin
əsaslarını gizlədən hiyləgər hesab edəcək yəqin.
193
Bu qışın mühüm musiqi tədbiri Bədmüşk bazar günündə olacaq konsertdə
Bethovenin “Doqquzuncu simfoniya”sının ifasına hazırlıq idi. Bu baxımdan ciddi
mübarizədə müqavimət göstərməli oldum. Bu mübarizə inkişafımın sonrakı gedi-
şatına təsir göstərdi. Opera tamaşalarında və kilsə xidmətindəki iştirakı saymasaq
kral kapellasına ildə bir dəfə sərbəst çıxış etmək imkanı verilirdi. Adətən Bədmüşk
bazar günündə kapella dulların və yetimlərin təqaüd xəzinəsinin xeyrinə konsert
verirdi. Bu məqsədlə köhnə opera teatrını kapellanın ixtiyarına verirdilər. Bura-
da hansısa bir oratoriya ifa olunurdu. Konsertləri auditoriya üçün daha maraqlı
etmək üçün oratoriyaya simfoniya da əlavə etməyə başladılar. Qeyd etdiyim kimi,
bu konsertlərin birində “Pastoral simfoniya”ya, digərində isə Haydnın “Dünya-
nın yaranması”na dirijorluq etmişdim. İkinci dirijorluq təcrübəm özümə də böyük
zövq vermişdi və bu əsərlə yaxından tanış olmağıma şərait yaratmışdı. Reysigerlə
növbələşirdik. 1846-cı ilin Bədmüşk bazar günündə də mənim simfoniyaya diri-
jorluq etmək növbəm çatmışdı. Mən “Doqquzuncu simfoniya”nı səhnələşdirməyi
arzulayırdım. Bu seçimə haqq qazandırmaq üçün zahiri bəhanədən yapışdım: Bet-
hovenin böyük əsəri hələ də drezdenlilərə yaxşı tanış deyildi. Lakin sırf təqaüd fon-
dunun maraqlarına görə narahat olan orkestr ağsaqqalları bunu eşidəndə dəhşətə
düşmüşdülər. Onlar baş direktor fon Lütihauya müraciət edib mənə bütün nüfuzu
ilə təsir göstərməsini və məni bu fikri bir kənara qoymağa vadar etməsini xahiş
etmişdilər. Bu vaxt onlar “Doqquzuncu simfoniya” seçiminin fondun maraqlarına
məhvedici təsir göstərəcəyinə əsaslanırdılar. Belə ki, əsər pis ad çıxartmışdı və ca-
maat konsertə gəlməyə bilərdi. Həm də onlar “Doqquzuncu simfoniya”nın uzun
illər əvvəl Reysigerin rəhbərliyi altında bir xeyriyyə konsertində ifa edildiyini və
uğursuzluqla qarşılandığını bildirmişdilər. Bütün enerjimi tükətməli, natiqlik is-
tedadımı işə salmalı oldum ki, müdirimin şübhələrinə qalib gələ bilim. Orkestrin
ağsaqqalları ilə ciddi şəkildə mübahisə etməli oldum. Belə ki, onlar bütün şəhərdə
mənim ağılsızlığım barədə danışırdılar. Onları qorxaqlıqlarına görə utandırmaq
üçün auditoriyanı “Doqquzuncu simfoniya”nın nümayişinə hazırlamaq, sensasi-
ya yaratmaq və dinəlyicilərin konsertə, pulların isə kassaya güclü axınını təmin
etmək qərarına gəldim. Bu tədbir mənim üçün şərəf məsələsinə çevrilmişdi. Uğur
qazanmaq üçün bütün qüvvələri səfərbər etməli idim. Komitə orkestr partiyaları-
nın alınması ilə bağlı xərclərdən şikayətlənirdi. Lakin bu pulları Leypsiq konsert
cəmiyyətindən borc götürərək çətinliyin öhdəsindən gəldim. Yenidən partituranın