299
Rixard Vaqner
Mənim həyatım
müəmmalı səhifələrini görəndə və erkən cavan yaşlarımda şəxsən bütövlüklə kö-
çürdüyüm və təkcə görüntüsü ilə məni mistik ekstaza gətirən həmin əsəri yenidən
diqqətlə öyrənəndə keçirdiyim hissləri ifadə etmək qeyri-mümkündü. Parisdəki
həyatımın qaranlıq dövründə bu simfoniyanın ilk üç hissəsini konservatoriyanın
təkrarolunmaz orkestrinin ifasında eşitmişdim və dərhal sehrli bir qüvvə ilə ruhu-
ma yad olan bütün qarışıqlıqlardan yüksəyə qalxmışdım. Həmin andan ən gizli
meyllərimin məhsuldar dönüş nöqtəsi müəyyən olundu. Bir vaxtlar yalnız mistik
hisslərin dumanı arasından gördüyüm əsərə ilk dəfə şüurlu şəkildə yanaşanda
erkən gəncliyimin təəssüratları yeni qüdrətlə canlandı. O vaxtdan bəri çox şeylər
yaşamışdım. Qəlbimin dərinliklərində çoxlu acı şübhələr toplanmışdı və orada
kənar fikir, taleyim, istedadım barədə əzab verən sual kimi yaşayırdı. İndiki yara-
dıcı fəaliyyətimin, ictimai mövqeyimin, özümü yad hiss etdiyim, qarşımda heç bir
perspektivin olmadığı mühitdəki həyatımın əsassızlığı-məhz bunlar idi heç vaxt
özümə etiraf etmək istəmədiyim şey. Məyusluğumu özümdən və yaxın dostlarım-
dan gizlədirdim. Lakin indi “Doqquzuncu simfoniya” ilə üz-üzə dayanarkən o,
coşqun və parlaq şəkildə azadlığa çıxdı. Böyük ustanın heç bir əsəri onun heç bir
şagirdinin ruhunu bu simfoniyanın ilk taktlardan mənim ruhumu sarsıtdığı qədər
sarsıda bilməzdi. Əgər kimsə açıq partitura qarşısında əyləşib onu öyrənməyimi və
ən yaxşı ifa üçün fəndlər axtardığımı müşahidə etsəydi, görərdi ki, bütün varlığım
ahlar və nalələrlə necə sarsılırdı. Bunu görən təəccüblə soruşa bilərdi ki, Saksoniya
kral kapelmeysterinin özünü belə aparmağı təbiidirmi? Xoşbəxtlikdən, orkestrin
möhrətəm ağsaqqallarından heç biri və onların layiqli kapelmeysteri Reysiger bu
anlarda məni ziyarət etmirdi. Hətta klassik musiqidə nüfuz sahibi olan Ferdinand
Giller də gəlməmişdi.
194
Mən işə bu simfoniyanın xorlarının mətnini rəhbər tutaraq plana bənzər bir
şey tərtib etməklə başladım. Bu proqram dinləyicilərə simfoniyanın məzmununu
aydınlaşdırıb, onu tənqidi yox, hissi baxımdan anlamağa kömək eləməliydi.
Mətnində Hötenin “Faust”undan parçalar istifadə etdiyim proqram nəinki
Drezdendə, hətta bir çox digər yerlərdə razılıqla qarşılandı. Bundan başqa qısa, la-
kin heyranlıq dolu kiçikməqalə və qeydlər vasitəsilə burada bir o qədər sevilməyən
əsərə maraq oyatmaq üçün anonim şəkildə Drezden qəzetindən istifadə etdim.
Mənim cəhdlərim maddi cəhətdən də uğurla nəticələndi. Həm gəlir əvvəlkilərdən
çox oldu, həm də orkestrin ağsaqqalları sonradan mən Drezdendə xidmət etdiyim
illərdə həmişə konsertlərində “Doqquzuncu simfoniya”nı ifa etdilər və həmişə
eyni gəliri əldə etdilər. Simfoniyanın ifasına gəldikdə isə ifadəli ötürmə və ayrı-