Rixard Vaqner
Mənim həyatım
300
ayrı yerlərin nüanslaşmasını bütün alətlərin partiyalarına təfərrüatlı göstərişlər
şəkildə əlavə edərək asanlaşdırmağa çalışdım. Bundan başqa, belə hallarda adi
hesab olunan nəfəsli alətlərin iki dəfə artırılmış heyətindən orijinal üsulla istifadə
etdim. Adətən bundan böyük simfonik əsərlərin ifasında ən kobud yolla istifadə
edilirdi. Daha dəqiq desəm: pianoda yalnız alətlərin yarısını ifa etməyə məcbur
edirdilər, fortedə isə hamısını. Mən əksinə hərəkət etmək qərarına gəldim. Misalla
izah edim. Simfoniyanın ikinci hissəsində bütün simli alətlərin əsas mövzunun
ritmik fiqurunu üçlü oktavada unisona (əvvəlcə “C-dur”tonunda) apardığı bir yer
var. Ancaq bunu yalnız zəif səsli taxta nəfəsli alətlərin ifa etdiyi ikinci mövzuya ak-
komponement kimi edirdilər. Partiturada bütün orkestr üçün fortissimo təlimatı
verildiyi üçün adətən taxta nəfəsli alətlərlə ifa olunan melodiya simli alətlər
tərəfindən elə boğulurdu ki, hətta onu eşitmək mümkün olmurdu. Lakin bir halda
ki, mən müəllifin məqsədini anlamışdım, deməli, heç bir pedantlıq, hərfi yanaş-
ma mənə mənanı xilas etmək üçün bu yanlış işarəni,yanaşmanı qurban verməyə
mane ola bilməzdi. Ona görə mən nəfəsliləri müşayiət edərkən simli alətləri fotis-
simo yox, nəzərdə tutulmuş güclə ifa etməyə məcbur etdim. Beləliklə, taxta nəfəsli
alətlərin ikili heyəti ilə mümkün qədər intensiv ifa olunan mövzu ilk dəfə bütün
səlisliyi ilə eşidildi. Orkestrin dinamik effektivliyinin daha çox dəqiqliyə nail ol-
maq məqsədilə edilən bu həll yolunu rasional görünən hər yerdə tətbiq edirdim.
Mən ifası çətin anlaşılan hər bir yerin birbaşa dinləyicilərin hisslərinə müraciət
etməsinə nail olurdum. Dirijorlar çoxdandı ki, finalın “allaMarcia” nəzərdə tutulan
hissəsində “Froh wie seine Sonnen fliegen” şeirindən sonrakı 6/8-dəki “fugato”ya
görə çabalayırdılar. Gümrah, mübarizəyə və qələbəyə səsləyən əvvəlki bəndləri
rəhbər tutaraq bu “fugato”nu mübarizədən alınan zövqün ifadəsi kimi yozdum
və orkestri onu alovlu templə, bütün güclərini səfərbər edərək ifa etməyə vadar
etdim. Konsertdən sonrakı səhər Freyberqdən olan muzikdirektor Anaker məni
çox məmnun etdi. O, üzr istəmək üçün ziyarətimə gəlmişdi. Belə ki, həmin günə
qədər o, mənim əleyhdarlarımdan biri olsa da, indi qəti surətdə tərəfdarlarımın
sırasına keçmişdi. Bu “fugato”nu anlamağım və çatdırmağım onu tamamilə fəth
etmişdi. Bundan sonra son hissənin əvvəlində violonçellərin və kontrabasla-
rın qeyri-adi çətin reçitativinə diqqət yetirdim. Məhz bu yer bir vaxtlar leypsiqli
dostum Polensə böyük məyusluq yaşatmışdı. Kontrabasçılarımıza güvənərək bu
hissəni mükəmməlliyə çatdırmağa qərar verdim. Mən bu alətlərə 12 xüsusi məşq
zamanı sərf etdim və reçitativin axıcı səslənməsinə nail oldum: böyük zəriflikdən
böyük enerjiyədək bütün cəlbedici səlislik çatdırılırdı. Lap əvvəldən anladım ki,
insanların diqqətini simfoniyaya cəlb etmək, onu anlaşılan etmək yalnız bir şərtlə
mümkündür: xorların təqdim etdiyi fövqəladə çətinliklərin öhdəsindən ideal
kamilliklə gəlmək lazımdır. Mən yaxşı görürdüm ki, burada yalnız tam entuziaz-
ma sövq edilmiş ifaçı kütlələrinin yerinə yetirə biləcəyi tələblər qoyulub. Beləliklə,