301
Rixard Vaqner
Mənim həyatım
bu mənada da özümü təmin etməli və böyük xor yığmalı idim. Buna görə Dreyssi-
qin ifaçılıq akademiyasının yumşaqsəsli heyəti ilə gücləndirilmiş teatr xorumuza
xüsusi çətinliklərə baxmayaraq Müqəddəs Xaç məktəbinin gözəl kişi səslərinə ma-
lik xorunu və bir də Drezden seminariyasının kilsə ifası üzrə ixtisaslaşmış xorunu
cəlb etdim. 300 nəfərdən ibarət xor təşkil olundu və xüsusi fəndlərin yardımı ilə,
çoxsaylı məşqlərlə onu əsl ekstaza çatdırmağa çalışırdım. Beləcə basları inandıra
bildim ki, məşhur
Seid umschlunhen Millionen”
yerini
Bruder, uber`m Sternenzelt
muss enit Guter Vater wohnen”
kimi sadəcə oxumaq yox, həm də gərgin həzzlə qış-
qırmaq lazımdır. Özüm də onlarla birlikdə oxuyur və onları arxamca elə həvəslə
aparırdım ki, nəhayət müğənnilər mənim ekstazımla yoluxdular. Əvvəlcə xordan
seçilən səsim qaynayan səs dənizində boğulana və özüm onu eşitməyənədək belə
davam etdim. Baritonların
Freunde, nicht diese Tone”
reçitativinin gözəl ifası mənə
əsl zövq verdi. BuradaMittervürser aramızda yaranan qarşılıqlı anlaşma sayəsində
mürəkkəb, yerinə yetirilməsi demək olar ki, qeyri-mümkün bu yeri cəlbedici
səlisliklə ifa edə bilmişdi. Bunlarla yanaşı, mən orkestri təzədən yerləşdirmək
istəyirdim. Bunun üçün isə məkanın özünü dəyişdirmək lazım idi. Aydındır ki,
uyğun xərcləri xüsusi çətinliklə əldə olunan vəsaitdən ödəməli olduq. Lakin mən
geri çəkilmirdim və podiumun yenidən qurulması sayəsində orkestri mərkəzdə
toplamağa, xoru isə onun ətrafında amfiteatr şəklində hündür oturacaqlarda
yerləşdirməyə nail oldum. Bu xorun effektini həddindən artıq gücləndirir və zərif
şəkildə ayrılmış orkestrə sırf simfonik hissələrdə qeyri-adi bütövlük, ekspressiya
gücü bəxş edirdi.
195
Artıq son ümumi məşqdə zal ağzına qədər dolmuşdu. Reysiger özünü
fövqəladə dərəcədə axmaqcasına apardı: o, simfoniyada Bethovenin buraxdığı
səhvlərə eyham edərək auditoriyada intriqa yaratmağa başladı. Əksinə, Leypsiq
Gewandthause
unda konsertlərə dirijorluq edən və oradan xüsusilə gəlmiş Qade son
məşqdən sonra mənə yaxınlaşıb bildirdi ki, basların reçitativini bir daha dinləmək
üçün böyükməmnuniyyətlə ikiqat məbləğ ödəyərdi. Giller belə hesab etdi ki, tempin
modifikasiyasında çox irəli getmişəm. Özünün bunu necə anladığı sonralar digər is-
tedadlı əsərlərin ifasında orkestri idarə edərkən məlum oldu. Buna qayıtmaq imka-
nım olacaq. İstənilən halda, şübhəsiz, uğur gözləniləndən artıq oldu. Hətta musqiçi
olmayanların arasında da. Filoloq Kexli mənə yaxınlaşıb dedi ki, ilk dəfə bu gün
simfoniyanı zəifləməyən maraqla və tam anlayaraq dinlədi. Bütün bunlar gücümü,
içdən istədiyim şeyə nail olmaq qabiliyyətimi, hər bir işi qaçılmaz müvəffəqiyyətlə
sonuclandırmaq bacarığımı anlamağıma kömək etdi. İndi şəxsi konsepsiyaları-