Rixard Vaqner
Mənim həyatım
302
mın uğuruna mane olan şeylər barədə düşünmək lazım idi. Hələ də çoxları üçün
müəmmalı qalan, böyük auditoriya qarşısında uğurla ifa olunmayan “Doqquzuncu
simfoniya” əla alınsa da, “Tanhauzer” hər dəfə səhnədə olanda məni inandırırdı ki,
onun uğurunu təmin etmək üçün daha bir vasitə kəşf etmək lazımdır. Bunu necə
etmək olar? Bu sirr ömrümün bütün sonrakı hissəsi mənimlə baş-başa oldu.
Məsələnin ideal mahiyyətinə əsaslı şəkildə yanaşmağa ürək edə bilmirdim.
Uğursuzluğumun həddindən artıq real mənası qarşımda qorxulu təhdid kimi
dayanırdı. Daha ləngitmək olmazdı. İctimai mövqeyimi tənəzüllə təhdid edən
fəlakətin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görmək lazım idi.
196
Gülməli bir hadisə xəbərdarlıq kimi bunu yadıma saldı. Komissinoerim, “Ri-
ensi”, “Uçan hollandiyalı” və “Tanhauzer”in saxta naşiri, sadəlövh saray musiqi
təchizatçısı K.F.Mezer bir dəfə məni kontora hesablarımızın müzakirəsi üçün
Ver-
derber”
restoranına dəvət etdi. Pasxa messasının bizim üçün necə keçəcəyi barədə
əndişələrimizi bölüşürdük. Uğur, yoxsa müvəffəqiyyətsizliklə qarşılaşacaqdıq?
Onu həvəsləndirib ən yaxşı Qo-Sotern sifariş etdm. Yaxşı bir şüşə verdilər. Şərabı
badələrə süzdüm, biz yarmarkanın yaxşı nəticələnməsinin şərəfinə badə toqquş-
durduq və içkidən bir qurtum alıb dəli kimi qışqırdıq: bizə şərab əvəzinə sərt sirkə
essensiyası veriblər. - Aman Allah! – deyə Mezer qışqırdı. – Bundan daha pis bir
şey təsəvvür etmək olmaz! - Bəli, - dedim, – deyəsən, işlərimiz də turş olacaq. İldı-
rım sürəti ilə mənə aydın oldu ki, xilası yarmarka spekulyasiyalarında axtarmaq
lazım deyil.
Təkcə operamın nəşri üçün böyük səylər nəticəsinə əldə etdiyim pulları qay-
tarmaq yox, həm də sələmçilərin xidmətlərindən istifadə etmək məcburiyyətində
qaldığıma görə şəhərə yayılan şayiələri dəf etmək lazım idi. İş o yerə çatdı ki, hətta
mənə rəğbət bəsləyən, hələ Drezdendə təzə yerləşməyə başladığım vaxt köməyə
gələn adamlar da məndən yana böyük əndişə duymağa başladılar. Şreder-Dev-
rien acımasız sərt münasibəti ilə məni məyus etmişdi. Danışdığım kimi köhnə
borclarımı ödəmək və Kittsə yardım etmək üçün ondan 1000 taler borc almışdım.
İndi qardaşım qızı İohannaya duyduğu qısqanclıq, rəhbərliyin böyük aktrisadan
imtina etməyini asanlaşdırmaq üçün onu qəsdən Drezdenə cəlb etməyim barədə
şübhələr, adətən çox ürəyiaçıq olan bu qadında mənə qarşı teatral ruha uyğun
bir düşmənçilik hissi aşılamışdı. O, Drezden səhnəsini tərk edərkən elan etmişdi
ki, mən onun buradan getməsinə vasitəçi olmuşam. Üstəlik, dostluğumuzu unu-
daraq, ədalətə məhəl qoymayaraq ona verilən vekseli vəkilinə ötürmüşdü. Vəkil
isə utanıb-sıxılmadan onu cərimə üçün təqdim etmişdi. Beləliklə, mən hər şeyi