303
Rixard Vaqner
Mənim həyatım
fon Lütihauya açıb danışdım, məni nüfuzdan salan bu vəziyyətdən qurtulmağım
üçün kraldan yardım xahiş etməyini istədim.
Müdirim xahişimi kralın yanında dəstəkləməyə söz verdi. Borcların
miqdarını hesablamaq lazım idi. Məlum oldu ki, yardım kimi yalnız teatrın
təqaüd fondundan 5% illik ala bilərəm və təminat üçün sığorta polisini təqdim
etməliyəm. Deməli, həyatımı sığortalamalı idim. Üstəlik, sığorta mükafatı illik
ümumi məbləğin 3%-ni təşkil edirdi. Əlbəttə, bütün bunlar borcları hesablayarkən
təhlükəli hesab etmədiyim və nəşrlərimin satışından əldə edəcəyim gəlirlə ödəyə
biləcəyim borcları qeyd etməməyə vadar etdi. Lakin hətta bu şərtlərdə belə elə
böyük məbləğ götürməli idim ki, onları qaytararkən onsuz da az olan maaşımı
əhəmiyyətli dərəcədə kəsiləcəkdi. Sığortalanmaq zərurəti mənə bir sıra xoşagəlməz
qayğılar yaşatdı. Bir neçə dəfə Leypqsiqə gedib sağlamlığım və ehtimal olunan
uzunömürlülüyümlə bağlı sığorta cəmiyyətinin məni əməlli-başlı qorxudan
şübhələri ilə mübarizə aparmalı oldum.Hətta mənə elə gəlirdi ki, belə qayğılı,
həyəcanlı və əzablı dövrümdə məni tələsik müşahidə edən şəxslərin əndişələri də
bədxahlıqdan məhrum deyil. Yalnız dostum doktor Puzinellinin iştirakı sayəsində
sağlamlığım barədə yaxşı rəy əldə edib illik 3% ödənişlə sığortanı həyata keçirə
bildim.
197
Leypsiqə son səyahət görkəmli sənətkar Lui Şporun qonaq dəvət etməsi ilə
xüsusilə xoş olmuşdu. Bu dəvətə çox sevindim. Əsasən də aramızda barışığın im-
zalanmasının nişanəsi olduğu üçün. Məsələ burasında idi ki, bir dəfə Şpor “Uçan
hollandiyalı”nın Kasseldəki uğurundan əmin olduqdan sonra və bu əsərdən
həvəslənərək son uğursuzluqlarına baxmayaraq bir daha dramatik opera bəstəkarı
kimi çıxış etməyə qərar verdiyini yazmışdı məktubunda. Sonra da “Səlibçilər”
operasını bəstələyib Drezden teatrına göndərmişdi. Ümid eləmişdi ki, operasının
tamaşaya qoyulmasında canfəşanlıqla iştirak edəcəm. Diqqətimi operaya çəkərək
onu yazarkən tamamilə yeni bir yolla getdiyini, dəqiq musiqili-dramatik dekla-
masiyaya meyl etdiyini bildirmişdi. Əlbəttə “mükəmməl süjet” də buna vasitəçi
olmuşdu. Mən partitura və süjetlə tanış olduqda səmimi qorxu ilə qoca maest-
ronun bütün iddialarının tamamilə anlaşılmazlığa əsaslandığına əmin olmuş-
dum. Bu operanın səhnələşdirilməsi üçün səy göstərə bilməzdim. Amma müşkül
vəziyyətdən çıxmağa əvvəla, bizdə hökm sürən qaydaya əsasən kapelmeysterin
əsəri qəbul və ya rədd etmək hüququnun olmaması, ikincisi, yeni operanın idarəsi
və qoyulması növbəsinin Reysigerdə – özünün dediyi kimi, Şporun qocaman dos-
tunda olması kömək etdi. Məlum olmuşdu ki, opera rəhbərliyi Şporun əsərini quru