Rixard Vaqner
Mənim həyatım
304
və qısa imtina məktubu ilə geri göndərib və o, mənə bundan şikayətlənirdi. Özüm
də bunu eşidib həqiqətən təəccüblənmişdim, onu sakitləşdirib sülh yaratmaq üçün
var-gücümü sərf etdim. Bunu bacardığımı onun dəvəti sübut edirdi. O yazırdı ki,
sulara gedən yolda Drezdendə fasilə vermək xoşagəlməz olsa da, şəxsən mənimlə
tanış olmaq istədiyi üçün bir neçə gün ləngiyəcəyi Leypsiqə dəvət edir.
Onunla görüş mənim üçün iz qoymadan ötüşmədi. O, alicənab simaya, cddi,
nizamlı temperamentə malik iri, qamətli adam idi. Onun bütün yaradıcı mahiyyəti,
yeni musiqi təmayüllərini anlamamağı erkən gənclik illərindəki həlledici təsirlərlə
bağlı idi. Həssaslıqla, elə bil üzr istəyərək Motsartın o vaxtlar təzə çıxmış “Sehrli
fleyta”sının bəxş etdiyi, ömrü boyu unuda bilmədiyi dərin təəssürat barədə danış-
dı. Ona oxumaq üçün verdiyim “Loenqrin”in şeirləri haqda fikirlərini və onda ya-
ratdığım təəssüratı yeznəm Herman Brokhauzun evində görüşdüyümüz zaman,
nahar süfrəsi arxasında çox mehriban sözlərlə bölüşmüşdü də. Bundan başqa, mu-
zikdirektor Qauptmannın və Mendelsonun evindəki möhtəşəm musiqi axşamla-
rında da bir yerdə olmuşduq. Bir dəfə onun şəxsi kvartetində skripkada ifasını da
eşitmişdim. Onun sakit görkəmi məndə demək olar ki, həssas alicənablıq duyğusu
yaratmışdı. Nəticədə mənə yoxlamaq imkanımın olmadığı mənbələrdən çatmışdı
ki, Şpor “Tanhauzer”i Kasseldə eşidərkən ona əzab verən qarışıq hisslər keçirib-
miş . Guya, o belə deyibmiş : “Bu adamın arxasınca getməkdən imtina edirəm və
ümumiyyətlə, qorxuram ki, o düz yoldan tamamilə azıb”.
198
Yaşadığım məyusluqlardan özümə gəlmək, qayğılardan dincəlmək üçün
rəhbərlikdən üç aylıq məzuniyyət istədim, təmiz havada nəfəs alıb yeni qüvvə
toplamaq üçün kəndə yola düşdüm.
Gross-Graupen
kəndində Pilnitslə İsveçrə Sak-
soniyasının arasındakı yarıyolda kiçik ev tutdum. Yaxınlıqda yerləşən
Liebethaler
Grund
dakı Porsberqə, həmçinin daha uzaq yerlərə mütəmadi gəzintilər gərgin
əsəblərimi əhəmiyyətli dərəcədə sakitləşdirdi. “Loenqrin”in musiqisi üzərində
ilkin işlərə başlamaq istəyəndə son dirijorluq etdiyim opera olan Rossininin “Vil-
helm Tell”indəki dua qulaqlarımda elə cingildəyirdi ki, tamam məyus olmuşdum.
Nəhayət, faydalı nəticə verən bir üsula əl atdım. Gəzintilərin birində həvəslə
Doqquzuncu simfoniya”nın ilk mövzusunu yaddaşımda qalan şəkildə zümzümə
etməyə başladım. Demək olar ki, hər gün axşama yaxın təmiz hava almaq üçün get-
diyim
Pirn
də çimərkən ordakı adamlardan birinin “Tanhauzer”dəki zəvvarların
xorunun motivini fitlə çaldığını eşitdim. Drezdendə tamaşaya qoymaq üçün bö-
yük güc sərf etdiyim operanın gələcək məşhurluğuna ilk ehyam mənə heç nə ilə
müqayisə olunmayan, fövqəladə dərəcədə güclü təsir göstərdi. Bəzən dostlarım