305
Rixard Vaqner
Mənim həyatım
Drezdendən ziyarətimə gəlirdilər. Bir dəfə hələ əvvəllər də mənə maraq duyduğu-
nu ifadə edən on altı yaşlı Hans fon Bülov da Lipinskinin müşayiəti ilə gəlmişdi.
Vaxtımı əsasən həyat yoldaşımın yanında keçirirdim, uzaq gəzintilər zamanı isə
itim Pepslə birlikdə olurdum. Çox hissəsi xoşagəlməz işgüzar məsələlərə və sağ-
lamlığımın möhkəmlənməsinə sərf olunan yay məzuniyyəti ərzində “Loenqrin”in
hər üç pərdəsinin musiqisinin ümumi cizgilərini cızma-qara edə bilmişdim.
Bu baqajla da avqust ayında Drezdenə, mənə get-gedə daha çox əziyyət
verən kapelmeyster vəzifəsinə qayıtdım. Həm də gələn kimi güclə sakitləşmiş
qayğı dalğasına qərq oldum. Maddi sıxıntılardan qurtulmaq üçün yeganə şans
kimi ümid bəslədiyim operaların nəşri yeni qurbanlar tələb edirdi. Onsuz da qısıl-
mış gəlirlərimdən xırda məbləğin tutulması belə yeni çətinliklərdən xəbər verdiyi
üçün yenidən əllərim yanıma düşdü.
Məni dəstəkləyən yeganə şey “Loenqrin” üzərində enerjili iş idi. Burada
indiyə qədər heç vaxt müraciət etmədiyim fəndə əl atdım. Yəni, üçüncü pərdənin
üzərində digərlərindən əvvəl işləməyə başladım. Məni buna pərdənin ümumi
konsepsiyasının və onun finalının tənqidi ilə bağlı gözlənilməzliklər sövq et-
mişdi. Bu tənqid və Müqəddəs Qraal
(
Cam-red.)
haqqında hekayədəki musiqi-
li motivlər üçüncü pərdənin dramatik anını bir növ bütün operanın mərkəzinə
çevirməyə vadar etmişdi. Ona görə hər şeydən əvvəl bunun öhdəsindən gəlmək,
onu möhkəmləndirmək istəyirdim. Amma bu pərdəni bitirmədən işimdə
uzunmüddətli və çoxmənalı fasilə verməli oldum.
199
Əvvəl edilən təklifə əsasən həmin qış Qlükün “ İfigeniya Avlidada” əsərinin
tamaşası baş tutmalı idi. Təkcə süjetinə görə özümü bu operaya “Armida”dan daha
çox diqqət yetirməyə borclu bilirdim. Hər şeydən əvvəl, mətnin Berlin partitura-
sına əlavə edilmiş tərcüməsindən dəhşətə gəldim. Partiturada musiqi alətlərinə
uyğunlaşdırma çox kobud yerinə yetirildiyi üçün rəhbərliyi köhnə, orijinal Paris
nəşrini köçürməyə vadar etmişdim. Qarşıma yalnız birməqsədqoyaraq tərcümənin
düzəlişləri ilə işə başladım ki, bu da düzgün deklamasiyanı bərpa etmək deməkdi
birinci növbədə. Sonra isə get-gedə artan maraqla partitura üzərində işlə məşğul
olmağa başladım. Axillə İfigeniya arasındakı sevgi münasibətlərini ifadə edilərkən
özünü daha çox biruzə verən fransız şitliyindən xilas etməyə çalışdımmətni. Daha
sonra qaçılmaz “maryajlı” sonluğu dəyişməyə və onu heç olmasa müəyyən qədər
Evripidin faciəsinə uyğunlaşdırmağa cəhd etdim. Yanaşı dursalar da bir-biri ilə
əlaqəsiz olan ariyaları və xorları giriş və çıxış frazaları, keçidlər vasitəsilə dramatik
hadisənin canlılığı naminə əlaqələndirməyə çalışdım. Bu zaman yalnız Qlükün