Rixard Vaqner
Mənim həyatım
306
özünün melodiyalarından istifadə edərək əsərin fakturasında kənar musiqiçinin
iştirakını yaxşıca gizlətməyə səy göstərirdim. Yalnız üçüncü pərdədə və Arte-
mida üçün daxil etdiyim mətnə öz kompozisiyamın ariya reçitativlərini verməli
oldum. Bundan başqa, operanın musiqi alətlərinə uyğunlaşdırılması üzərində
yenidən işləməli oldum. Məqsədim orijinala toxunmadan əsərə böyük məna bəxş
etmək idi. Yalnız ilin sonuna bu əziyyətli işdən azad oldum ki, növbəti mövsumdə
artıq“Loenqrin”in tamamlanmamış üçüncü pərdəsi üzərində işə başlaya bilərdim.
200
Yeni ilin (1847) başlanğıcında mən “İfigeniya”nın quruluşu ilə məşğul ol-
dum, rejissorluq funksiyasını da üzərimə götürmək lazım gəldi. Hətta dekoratora
və maşinistə də özüm göstəriş verməyə məcbur idim. Ayrı-ayrı dağınıq səhnələri
təbii şəkildə əlaqələndirmək üsullarını tapmaq, dramatik hadisənin bütün ge-
dişinə müəyyən canlılıq vermək zərurəti yaranırdı. Qlükün zamanında Parisdə
belə tələblərə şərti münasibət hökm sürürdü. Bütün icraçılar içərisində məni yal-
nız Aqamemnon rolunun ifaçısı Mittervürser sevindirdi. O mənim göstəriş və iza-
hatlarımı tam başa düşdü, öz vəzifəsini hər cəhətdən gözəl və heyranedici tərzdə
yerinə yetirməyi bacardı. Tamaşanın uğuru bütün gözləntiləri aşdı. Bundan çox
heyrətlənən müdriyyət öz təşəbbüsü ilə ikinci tamaşanın afişasına “filankəsin
quruluşunda” sözlərini də əlavə elədi. Bütün bunlar tənqidin diqqətini mənim
üzərimə çəkdi: onlar məni mükafatlandırdılar. Təkcə, operanın keçmiş trivial ifa-
lardan tanış olan yeganə hissəsinin – uvertüranın yenidən işlənməsi bu cənabların
kəskin hücumlarına səbəb oldu. Öz növbəmdə bu tənqidə “Avlidada” İfigeniya
üçün Qlükün uvertürası” adlı xüsusi məqalə ilə müfəssəl cavab verdim. Yalnız
onu qeyd edim ki, həddən artıq qəribə baxışlarını izhar edən musiqiçi elə məhz
Ferdinand Gillerin özü idi.
Həmin qış Drezdendə müxtəlif incəsənət təmsilçilərinin mütəmadi toplan-
tıları davam edirdi, indi bunlar Gillerin evində salon axşamları xarakteri almış-
dı. Görünür, o bütün bunları müəyyən məqsədlə - sənət aləmində böyük şöhrət
qazanmaq üçün edirdi. Bankir Kaskel başda olmaqla o, musiqini sevən zəngin
adamlardan abunə konsertlərin təşkili üzrə cəmiyyət yaratdı. Giller kral kapel-
lasının xidmətlərindən istifadə edə bilməzdi, əvəzində o, şəhərin və ordunun
musiqiçilərindən ibarət orkestr təşkil etdi. Nəticədə, böyük çətinlik bahasına olsa
da, çox ciddi nəticələrə nail oldu. O, hələlik Drezdendə məlum olmayan yeni mu-
siqi sahəsinə aid əsərlərdən yararlanırdı, bu məqam hətta məni belə, konsertlərə
getməyə məcbur etdi. Amma Giller geniş publikanı məşhur ifaçıların (
təəssüf ki,
Jenni Lind imtina etmişdi)
və virtuozların (
onların arasında o zaman hələ
çox gənc olan