307
Rixard Vaqner
Mənim həyatım
İoahimi dinləmişdim)
iştirakı ilə cəlb etmək istəyirdi. Yaxşı bələd olduğum bəzi
əsərlərə verdiyi şərhlər onun bir musiqiçi kimi hansı dəyərə malik olmasına dəlalət
edir. Sebastyan Baxın
Triple-Konzert”
ini Gillerin mülayim tərzdə, biganəliklə
keçirməsinə çox təəccüb edirəm. Onun Bethovenin Səkkizinci simfoniyasının
Tem-
po di Minuetto”
sunu təhrif etməsi əvvəllər Reysiger və Mendelsonun yol verdikləri
səhvlərdən daha əcaib idi. Bundan sonra onun dirijorluq edəcəyi konsertə bir şərtlə
gələcəyimi vəd etdim: üçüncü hissəni yöndəmsiz templə eybəcərləşdirməsin. Gil-
ler inandırıcı tərzdə məni bu iradla tam razı olduğuna əmin etdi. Bu hissəni o yenə
həmin tanış vals tempi ilə ifa etməyə başlayanda necə də vahimələnmişdim! Mən
onu qınayanda gülümsəyərək üzr istədi və bəhanə gətirdi: elə məhz üçüncü hissə
başlayanda nədənsə diqqəti yayınıb və vədini unudub. Bu konsertlərin təşkilinə
görə (
yeri gəlmişkən, onlar növbəti il
təkrarlanmadı
)
Gillerin şərəfinə ziyafət verdilər
və orada mən də məmnuniyyətlə iştirak etdim.
İncəsənət dairələrində tez-tez və həvəslə musiqidən deyil, yunan ədəbiyyatı
və tarixindən danışmağıma təəccüblənirdilər. Məsələ bundadır ki, həmin vaxt mən
getdikcə daha çox təkliyə çəkilib, ədəbiyyat və tarixlə bağlı biliklərin dərinliyinə
baş vururdum. Hələ erkən yeniyetməlik yaşlarımdan humanitar inkişafımın bu
vacib sahəsində yaranmış boşluğu doldurmağa çalışırdım.
Tez-tez işlə bağlı etdiyim səfərlər və eləcə də, bütün həyatımın gedişi, məni
mənəvi tələblərimə bu qədər cavab verən sistemli məşğələlərdən, bu bənzərsiz
maariflənmə mənbəyindən ayırdı. Almaniyanın qədim və orta əsrlər tarixi ilə bağ-
lı məşğələlərimə ciddi hazırlaşmaq üçün yenidən Qədim Yunanıstanı öyrənməyə
başladım. Bu məni artıq o qədər cəlb edirdi ki, söhbət yalnız həmin mövzudan
düşəndə canlanırdım. Nadir hallarda mənə həvəslə qulaq asmaq istəyən müsahib
tapılırdı. Mənimlə daha çox teatrdan danışırdılar, çünki Qlükün “İfigeniya”sından
sonra bu sahənin əsl mütəxəssisi olduğum barədə rəy yaranmışdı. Bu baxımdan
məni xüsusən bir nəfər daha çox qiymətləndirirdi, öz növbəmdə onun biliklərini
öz biliklərim qədər ciddi saymaq üçün əsasım vardı. Bu adam Eduard Devrien idi,
o, elə bu yaxınlarda qardaşı Emilin intriqaları üzündən öz işindən – dram teatrının
baş rejissoru vəzifəsindən imtina etməli olmuşdu.
Cahil saray intendantlarının rəhbərliyi altında məhv olan teatr işinin acına-
caqlı və tamamilə ümidsiz vəziyyətinə yanaşmalarımız üst-üstə düşürdü, bun-
dan başqa, o, “İfigeniya”nın tamamilə yöndəmsiz Berlin ifası ilə müqayisə edir
və təfsirimdə mənimlə razılaşırdı. Bu, bizi yaxınlaşdırdı. O, uzun müddət teatrın
gerçək ehtiyacları və onun tam tənəzzülünün qarşısını almaq vasitələri barədə cid-
di və müfəssəl müzakirə apara biləcəyim yeganə adam oldu. Özünün daha ardıcıl
təcrübəsi sayəsində Devrien mənə çox şeyi aydınlatdı və öyrətdi. Məsələn, mən
teatra sırf ədəbi qüvvələrin cəlb olunmasından hansısa fayda əldə etməyin müm-
künlüyünü düşünürdüm, o, bu
önyarqıdan xilas olmağıma kömək etdi. Devrien,