Rixard Vaqner
Mənim həyatım
308
əksinə, məndə belə bir inamı gücləndirdi ki, teatrın dirçəlişi yoluna yalnız dram
artistlərinin öz cəhdlərilə çıxmaq olar. Xüsusi aktyor istedadı ilə fərqlənməyən bu
soyuq təbiətli adam əvvəllər məni heç maraqlandırmırdı. Amma Drezdeni tərk et-
diyim ən son anadək bizim aramızda möhkəm dostluq münasibəti yarandı. Onun
Alman dram sənətinin tarixi” əsərini çox yüksək qiymətləndirirəm, Devrien o
zaman bu əsərin üzərində çalışır və onu hissə-hissə nəşr etdirirdi. Bu əsər məni
maraqlandıran məsələlərə yeni və ibrətamiz yanaşmanı özündə ehtiva edirdi ki,
bu məqamlar yalnız onun sayəsində anlaşılan oldu.
201
Nəhayət, “Loenqrin”in üçüncü şəklinin kompozisiyası ilə bağlı yarımçıq qa-
lan işimi tamamlamağa başladım və qışın sonunda onu yekunlaşdırdım. Pasxadan
öncəki Bədmüşk bazar günü, yenə hamının istəyilə, “Doqquzuncu simfoniya”ya
dirijorluq edirdim. Bundan özüm də böyük daxili məmnunluq keçirirdim. Bu
dəfə yay məzuniyyəti götürməmişdim. Gələcəkdə “Loenqrin”in üzərində işləmək
üçün əlverişli şərait yaratmaq lazım idi, bu səbəbdən, mənzilimi dəyişdim. Qədim
fransız üslubunda salınmış böyük bağı olan keçmiş Markolini sarayı, Drezde-
nin əhalinin az məskunlaşdığı hissələrindən birində yerləşirdi, şəhər idarəsi bu-
ranı alıb, hissə-hissə kirayə verirdi. Çoxdan tanıdığım heykəltəraş Henel (
yeri
gəlmişkən, o, hörmət və mərhəmət əlaməti kimi, Bethovenin simfoniyasını əks etdirən
barelyefdən gips yapmaların hamısını mənə hədiyyə elədi və bu hədiyyə mənim mənzilimin
bəzəyi oldu)
sarayın yan fligelinin aşağı mərtəbəsində özünə mənzil və emalatxana
götürmüşdü. Mən də Pasxa zamanı, çox ucuz qiymətə ondan üst mərtəbədə geniş
yer kirayələdim. Eyni zamanda, çoxlu ağacları olan bağdan istifadə etmək hüqu-
qum vardı. Beləliklə, təkcə özümə ruhi-cismani pəhriz üçün vacib olan sakitlik və
səssizliyi təmin etmədim, həm də xərclərimi xeyli azaltdım: hazırkı vəziyyətimdə
bu, az əhəmiyyətli məsələ deyildi. Xüsusən, mənzili ucuz və səmərəli şəkildə
bəzəyənMinnanın sayəsində biz çox rahat idik. Yalnız bir narahatlıq özünü büruzə
verirdi: bura teatrdan uzaq idi. Gərgin məşqlərdən və yorucu tamaşalardan sonra,
xüsusən də fayton üçün pulumuz olmayanda evə qayıtmaq əziyyət verirdi. Amma
fövqəladə dərəcədə uğurlu yay və elə bunun yaratdığı yüksək əhval-ruhiyyəm bu
narahatlığımla barışmağa kömək etdi.
Bu arada teatr müdriyyətinin işində hər hansı birbaşa iştirakdan qətiyyətlə
imtina etdim, bununüçünciddi əsaslarımvardı.Oradahökmsürənxaotiközbaşına-
lığı yoluna qoymaq və bədii sənət qüvvələrini rasional şəkildə yönləndirmək üçün
bütün cəhdlərim iflasa uğrayırdı, çünki bu məsələlərə məhz prinsipial tərəfdən ya-
naşır, onları bu baxımdan əsaslandırmağa çalışırdım. Ötən qış ərzində ciddi-cəhdlə