309
Rixard Vaqner
Mənim həyatım
musiqi kapellasının yenidən təşkili planının hazırlanması ilə məşğul oldum. Sübut
elədim ki, məzmuna sərf olunan vəsaitlərin məqsədyönlü bölüşdürülməsi həm
kapella üzvlərinin mükafatlandırılması üçün olduqca ədalətlidir, həm də bu onu
təşkil edən bədii qüvvələrin səmərəliliyini yüksəldə bilər. Belə izafi səmərəlilik
eyni zamanda həm özünün mühitin sənətkarlıq ruhunun yüksəlməsində, həm də
musiqiçilərin ümumi iqtisadi durumunda əksini tapmalı idi. Bunun üçün kapella-
nı azad konsert cəmiyyətinə çevirməyi təklif etdim. Bu cəmiyyətin məqsədi Drez-
den tamaşaçısını ona az məlum olan bir sıra əsərlərlə nümunəvi ifada tanış etmək
idi. Eyni zamanda, Drezdendə hələ də mövcud olmayan xüsusi konsert binasının
tikilməsinin zəruriliyini bildirdim: əlverişli daxili şərtlər yaranarsa, bunun qayğı-
sına qalmaq üçün bütün imkanlar vardı. Sonra memarlar və podratçı-bənnalarla
məsələnin müfəssəl müzakirəsinə başladım. Məşhur Svingerin Ostra xiyabanı ilə
üzbəüz, teatr dekorasiyaları və saray camaşırxanasının yerləşdiyi hissədə gözəl
bina ucaltmaq planı hazırlandı. Böyük konsert zalından başqa, o, özündə müxtəlif
ictimai qurumlara kirayə veriləcək başqa tikililəri də birləşdirməli idi. Praktik
tərəfdən bu cür müəssisəni tikmək mümkün idi. Dullar fondunun rəhbərləri də
əllərində olan sərmayəni düzgün və səmərəli şəkildə ortaya qoymağa razılaşdılar.
Amma uzun müzakirələrdən sonra baş direktorluğa etdiyim təkliflərim tamamilə
iflasa uğradı. Əziyyətimə görə təşəkkür etdilər və qısaca dedilər ki, müdriyyət hər
şeyin əvvəlki qaydada qalmasını daha əlverişli sayır. Burada hökm sürən yoru-
cu və zərərli düşüncəsizliyi aradan qaldırmaq məqsədi daşıyan istənilən cəhdimi
bu cür tale gözləyirdi. Bundan başqa, təcrübəmdən bilirəm: müdriyyətin yorucu
iclaslarında qəbul və müzakirə olunan istənilən məsələ (
deyək ki, repertuarla bağlı
qərar)
hansısa ifaçının şıltaqlığına və ya təsərrüfat müdirinin mülahizələrinə görə,
ümumi işin ziyanına olsa belə, təxirə salına bilər. Buna görə də, çoxsaylı mübahisə
və izahatlardan sonra belə faydasız cəhdlərdən imtina etdim. Həm də gələcəkdə
müdriyyətin hər hansı işində iştirakdan qətiyyətlə boyun qaçırdım. Yalnız məşqlər
və mənə təqdim olunan operaların quruluşu ilə məşğul olmağa başladım. Bu
zəmində fon Lütihau ilə aramızda gərgin münasibət yarandı, amma o, qərarımla
barışmalı oldu. Çünki xüsusən də “Tanhauzer” və “Riensi”nin tamaşalarında zal
dolu olurdu, bu davamlı uğurlardan sonra mənimlə hesablaşmaq lazım gəlirdi.