Rixard Vaqner
Mənim həyatım
310
202
Bu şərtlərdə yeni rahat mənzilimdə, demək olar ki, tənhalığın dadını doyun-
ca çıxarırdım: bütün yayı “Loenqren”i bitirmək üçün hədsiz səmərəli mühit ya-
ranmışdı. Özümü heç vaxt olmadığım qədər şən və gümrah hiss edirdim. Bunun
səbəbi yeni əsər üzərində yaradıcı işdən başqa, həm də yuxarıda haqqında danış-
dığım məşğuliyyətlərlə bağlı idi. Esxilin yaradıcılığına ilk dəfə yetkin hisslər və
yetkin ağılla baş vurdum. Droyzenin “Didaskaliyalar”ı sayəsində qarşımda Afina-
dakı faciə tamaşalarının bütün başgicəlləndirci əzəməti tam dəqiqliyi ilə canlandı.
Bu cür səhnə quruluşunda “Oresteya”nın mənüm üçün necə valehedici təəssürat
yarada biləcəyini təsəvvür edirdim. “Aqamemnon” məni öz konsepsiyasının
alicənablığı ilə heyrətləndirdi. “Evmenid”i başa çatdıranadək özümü başqa dün-
yaya köçmüş kimi hiss etdim – o zamandan müasir ədəbiyyatla barışa bilmirəm.
Dramın, teatrın əhəmiyyəti barədə bütün fikirlərim əsasən bu təəssüratların təsiri
altında yarandı. Faciə ustalarından Aristofana keçdim. Naharaqədərki vaxtımı
Loenqrin” üzərində çalışır, sonra isti yay gününün qaynar çağında kolların sıx
kölgəliyinə enir, orada Aristofanı mütaliə etməyin çılğın, təsvirəgəlməz zövqünü
dadırdım. “Quşlar” əsəri, müəllifin özünün də cəsarət və əminliklə adlandırdığı
kimi, haritlərin (
şənliyi, həyat
sevincini təcəssüm etdirən üç qədim yunan ilahəsi – red.)
bu sevimlisinin əxlaqsız təbiətini tam və dərindən anlamaq imkanı verdi. Eyni
zamanda Platonun möcüzəli dialoqlarını anladım və “Ziyafət”lə tanışlıq ellin
həyatının sözəgəlməz gözəlliklərinə gözlərimi açdı. Afinada özümü müasir dün-
yanın məişət şərtiliklərindən arasında olduğumdan daha sərbəst, arxayın hiss
edirdim.
Ədəbiyyat tarixini öyrənməyi qarşıma məqsəd qoymuşdum, bu məqsədə
doğru şüurlu şəkildə irəliləyərkən adi üsullardan istifadə etmirdim. Droyzenin
əsərlərindən (
İsgəndəriyyə və ellinizm tarixi),
Niburdan və Gibbondan almanla-
rın qədim ədəbiyyat tarixinə keçdim. Bu zaman getdikcə mənə daha yaxın olan
Yakov Qrimmin işlərini rəhbər tuturdum. Alman qəhrəmanlıq eposu dünya-
sına təkcə “Nibelunqlar” və “Qəhrəmanlar kitabını” birdəfəyə oxumaqla de-
yil, daha dərindən daxil olmağa çalışırdım. Monenin qeyri-adi dərəcədə zəngin
Araşdırmalar”ı məni xüsusən cəlb etdi, halbuki, bəzi sərt mütəxəssislər onun
cəsarətli nəticələrinə bir qədər şübhəylə yanaşırlar. Burada şimal mənbələrinə is-
tinadla qarşılaşdım. Dillərini yetərincə yaxşı bilməsəm də, bacardıqca “Edda” və
şimallıların başqa, prozaik formada yazılmış qəhrəmanlıq eposundan iri parçalar-
la tanış olmağa çalışdım. Məndə bu materiala müəyyən münasibət yarandı, özü də
burada Monenin “Araşdırmalar”ından başqa,
Wälsungasaga
da böyük rol oynadı.
Bütün xalq nağıllarının ideal, gizli əlaqələri ilə bağlı əvvəllər də beynimdə yara-