311
Rixard Vaqner
Mənim həyatım
nan fikir tədricən böyüdü və bütün gələcək işlərimi idarə edəcək plastik obrazın
ifadəliliyinə nail oldum.
Varlığımı bürüyən təmiz sevinc içərisində “Loenqrin”in əvvəlki iki, indi
isə son pərdəsini
yazarkən bütün bunlar içimdə böyüyərək, məni sıxırdı. Bu
əsərimlə, sanki, öz keçmişimdən ayrılır və gələcəkdə yeni, getdikcə mənə müa-
sir teatr və operanın bayağılığından sığınacaq kimi görünən dünya qururdum.
Bu mühitdə gümrahlığım artır, məndə sabit və şən ovqat yaranırdı, beləcə, na-
rahatlığıma səbəb olan qayğı və həyəcanları uzun müddətə unutdum. Hər gün
təklikdə gəzintiyə çıxırdım, tez-tez məni Peps müşayiət edirdi. Adətən yaxınlıqda-
kı yüksəkliklərə, Elba sahillərindən
Plauenschergrund
a tərəf gedir, bu gəzintilərdə
diqqətlə, səmərəli şəkildə düşünür və layihə cızırdım. Bəzən məmnuniyyətlə Mar-
kolini bağını ziyarətə gələn və sadə şam yeməyini mənimlə bölüşən dost-tanışlarla
vaxtımı əvvəlki dövrlə müqayisədə xeyli şən keçirirdim. Çox zaman onlar məni
hansısa hündür ağacın başında və ya bu mülkün sönmüş, əzəmətli dövründən
qalan hovuzun ortasındakı nəhəng memarlıq ansamblının mərkəzində, həmişə
quru olan Neptunun kürəyində tapırdılar. Və biz məşum 1813-cü ildə burada öz
əsas mənzilini quran Napoleon üçün salınmış enli səki ilə məmnunluqla irəli-geri
gəzirdik.
Yayın sonuncu ayında, avqustda mən “Loenqrin”i tamamladım. Elə bu
vaxt hiss edirdim ki, həyat şəraitim qəti şəkildə məndən ciddi addımlar atmağımı
istəyir. Almaniyadakı operalarımın təbliği ilə ciddi məşğul olmaq lazım gəldi.
203
Tanhauzer”in Drezdendə nəinki azalmayan, əksinə, getdikcə güclənən uğu-
ru başqa şəhərlərdə təkrarlanmadı, bu tamaşalar heç nə ilə fərqlənmədi. Bəlkə də,
alman teatrlarına təsir göstərə biləcək yeganə yer Berlin idi: yalnız indi buna diqqət
yetirdim. Yeni əsərlərim və tendesiyalarımla cəmiyyəti maraqlandıra biləcəyim
təqdirdə, Prussiya kralı IV Fridrix Vilhelmin dəstəyinə ümid edə bilərdim: onun
zövqü barədə eşitdiklərim buna əsas verirdi. “Tanhauzer”i ona həsr etməyi qərara
aldım. Belə bir ithafa kralın razılığını almaq üçün sarayın musiqi intendantına, qraf
Redernə müraciət etdim. Ondan belə bir bildiriş gəldi ki, kral yalnız şəxsən tanış ol-
duğu əsərlərin ona həsr olunmasını qəbul edir. Berlin teatrı “Tanhauzer”i “həddən
artıq epik” sayıb, onu səhnələşdirməkdən imtina etmişdi. Redernin fikrincə, öz
niyyətimdə israr etmək istəsəm, mənə yalnız bir əlavə yol qalırdı: kralın hansısa
hərbi nümayişdə eşidə biləcəyi hərbi orkestr üçün opera aranjman etməliydim. Bu,
Berlinə hücumüçünbaşqa bir planqəbul etməyimötəri yetərli idi. Drezdendəmütləq
uğur qazanmış operaya müraciət etmək lazım idi. Bu məqsədlə, Prussiya kraliçası-