Rixard Vaqner
Mənim həyatım
312
nın bacısı olan Sakson kraliçasının qəbuluna düşdüm: Sakson sarayı “Riensi”nin
tamaşasını bəyənmişdi, kraliça vasitəsilə tamaşanın səhnəyə qoyulması barədə
Prussiya kralının göstərişinə nail olmaq istəyirdim. Bu, baş tutdu. Tezliklə köhnə
dostum Küstnerdən “Riensi”nin Berlin saray teatrının səhnəsində dərhal tamaşa-
ya qoyulması barədə bildiriş və şəxsən operaya dirijorluq etmək üçün dəvətnamə
aldım. Küstner köhnə dostu Laxnerin və onun “Korpanrolu Katerina” operasının
xeyrinə əlavə mükafatın məbləğini xeyli qaldırmışdı, deməli, “Riensi”nin uğur
qazanacağı halda, işlərimin qaydaya düşəcəyinə ümid edə bilərdim. Amma hər
şeydən əvvəl, krala şəxsən təqdim olunmaq və ona “Loenqrin”in mənzum mətnini
oxumaq imkanı axtarırdım. Bir çox əlamətlərə görə, öz yaradıcılığıma rəğbət qa-
zanacağıma ümid etmək üçün əsasım vardı. Bu ümid özünü doğrultsa, kraldan
Loenqrin”i saray səhnəsində nümayiş etdirməklə bağlı fərman verməsini xahiş
edə bilərdim. Əvvəlki operalarla bütün təcrübəm (
Drezdendəki uğurlarım bütün qa-
lan Almaniya üçün müəmmalı idi
)
nə olur-olsun, bəstəkar kimi gələcəkdəki çıxışları-
mın mərkəzini Berlinə köçürməyimin zəruri olduğunu göstərirdi. Bu, bütün digər
bölgələrə müəyyən dərəcədə təsir edə bilən yeganə şəhər idi. Saksoniya kraliçasının
tövsiyyəsinin uğuru ümidverici idi: Prussiya kralının özüm üçün vacib olan audi-
ensiyasına nail olacaqdım. Taleyimdə xoşbəxt dönüş yaranmışdı. Sentyabrda ruh
yüksəkliyi ilə, əslində, indi özü-özlüyündə məni az maraqlandıran, “Riensi”nin
məşqlərinə rəhbərlik üçün Berlinə yollandım.
Berlin əvvəlcə mənə uzunmüddətli ayrılıqdan sonra Parisdən ora yolüstü
təkrar döndüyüm zamandakı təsiri bağışladı. “Uçan hollandiyalı”ın quruluşun-
dan bəri dostlaşdığım professor Verder mənimçün məşhur Jandarm meydanında
mənzil tutdu. Almaniyanın mərkəzində olduğumu, az qala, hiss etmirdim. Tezliklə
yeni planlarımla bağlı qayğılara daldım. Məqsədimə çatmaq üçün yetərincə
əlverişli rəsmi münasibətlər qurmuşdum. Amma məlum oldu ki, “Riensi”yə sıra-
dan kapelmeyster operası kimi baxırlar, yəni, mənim sərəncamıma verilmiş akt-
yorlar yalnız vəzifələrini icra edirlər, əlavə heç nəyə ümid etmək olmaz. Jenni Lind
qastrola gəlməyə razılıq verən kimi məşqlərlə bağlı bütün göstərişlır ləğv olundu
və o, uzun müddət kral operasını zəbt etdi.
Beləliklə, baş verən ləngimə zamanı bütün enerjimi əsas məqsədimə – kral-
la şəxsi görüşə nail olmağa qazanmağa yönəltdim. Bunun üçün kral musiqi in-
tendantı, qraf Redernlə köhnə münasibətlərimdən istifadə etməyə qərar verdim.
Qraf məni hədsiz mehribanlıqla qarşıladı, nahara dəvət etdi və axşam gəlməyimi
tapşırdı. Biz onunla ən səmimi şəkildə zəruri addımları müzakirə etdik, həm də
o mənə əməli yardım edəcəyinə söz verdi. Bundan başqa, kraliçaya təqdim olun-
maq və ona təşəkkürümü bildirmək üçün bir neçə dəfə San-Susiyə getdim. Amma
yalnız ona yaxın qadınlarla görüşə bildim. Kralın məxfi kabinetinin rəisi cənab
İllerə müraicət etməyi məsələhət gördülər. Bu cənab, görünür, xahişimə çox ciddi