313
Rixard Vaqner
Mənim həyatım
yanaşırdı: o, vəd etdi ki, kralın məni qəbul etməsi üçün əlindən gələni edəcək. İl-
ler ümumiyətlə, mənim məqsədimlə maraqlandı. Kral üçün “Loenqrin”i oxumağa
icazə almaq istədiyimi izah etdim. Çoxsaylı ziyarətlərimin birində o, belə bir fikir
ifadə etdi: Tikin xeyir-duasını almaq xeyirli olardı. İllerə belə bir cavab vermək im-
kanım oldu: artıq bu mövzuda kral təqaüdçüsü, Potsdamdan azca aralıda yaşayan
qoca şairlə dostcasına söhbət etmişəm.
Məsələ burasındadır ki, xatırladığım kimi, bir neçə il bundan əvvəl biz
Loenqrin”lə bağlı mübahisəli məqamı müzakirə edəndə xanım fon Lütihau bu
şeirləri və “Tanhauzer”in mənzum mətnini öz məşhur dostuna göndərdi. Tikin ya-
nına getdim, oməni köhnə, xeyirxah tanış kimi qarşıladı. Bu adamla davamlı söhbət
mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Düzdür, o, zəmanətlərini asanlıqla sa-
ğa-sola payladığı üçün özünü gözdən salmışdı, amma Tikin bizim ümumilikdə
müasir fransızları təqlid üzərində qurulan yeni drammatik ədəbiyyatımıza qarşı
çıxması məni səmimi-qəlbdən sevindirirdi. Onun əsl poetik motivlərin məhv ol-
ması ilə bağlı şikayətləri hədsiz hüznlü səslənirdi. “Loenqrin”in mətnini o, hər
baxımdan təqdir etdi. Bununla yanaşı, Tik bir şeyi başa düşmürdü: müasir ope-
ranın bütün əsaslarını kökündən dəyişmədən bütün bunları musiqi ilə necə
əlaqələndirmək olar? İkinci şəklin əvvəlində Ortruda və Fridrix arasındakı səhnə
və bu kimi məqamlar ona şübhəli görünürdü. Məncə, həqiqətən də, ilk baxışdan
çətin kimi görünən bu problemlərin həlli və ümumiyyətlə, ideal musiqi dramı ilə
bağlı fikirlərimi izah edərkən onu cəlb edir, maraqlandırırdım. Amma daha da
irəli getdikcə, xüsusən də, bu ideya və planlara kralda rəğbət yaradacağımla bağlı
ümidləri bölüşəndə Tik kədərli görünürdü. O, kralın diqqətlə dinləyəcəyinə və ide-
yalarıma səmimi münasibət bəsləyəcəyinə şübhə etmirdi, amma xəbərdarlıq edirdi
ki, praktik nəticəyə hec cür arxayın olmaq olmaz: “Bu gün Qlükün “İfigeniya Tavri-
dada”, sabah isə Donitsettinin “Lukretsiya Bordjia”sı ilə maraqlanan adamdan siz
nə gözləyirsiniz?”. Əvvəlcə , Tiklə söhbət mənim diqqətimi yayındırırdı, bu mənə
lazım idi, amma sonra onun sözlərinin kədərli mənasını anladım. O, şeirlərimlə
bağlı ən tərifli rəy verəcəyini həvəslə, sevinclə vəd etdi və mənə çox mehribanlıq və
səmimiyyətlə uğur arzuladı, amma Tik bu uğura inamsız yanaşırdı.
204
Nə qədər çalışsam da, kralın qəbuluna düşə bilmirdim. Jenni Lindin qastrol-
larından sonra “Riensi”nin məşqləri öz qaydasıyla gedirdi. Operanı quruncayadək
bu cəhdləri dayandırmağı qərara aldım, çünki, kralın öz göstərişilə səhnəyə qo-
yulan operanın premyerasında mütləq iştirak edəcəyini düşünürdüm. Bu, əsas
məqsədimə doğru bir addım idi. Amma tamaşa yaxınlaşdıqca uğur qazanacağıma