Rixard Vaqner
Mənim həyatım
314
ümidlərim azalırdı. Riensi rolu üçün sərəncamıma təqdim olunan tenor olduqca
bacarıqsız, hər cür istedaddan uzaq müğənni idi. Bu çox əxlaqlı, xeyirxah ada-
mı mənə nahar etdiyim məşhur Menyqard restoranının sahibi ən yaxşı biri kimi
tövsiyyə etmişdi. Uzun müddət onunla uğraşmalı oldum və nəticədə, bu dəfə də
özüm üçün onunla bağlı müəyyən illüziya yaratdım. Belə hal mənimlə tez-tez
baş verirdi. Amma iş sonuncu, yekun məşqə gəlincə, möhkəm yanıldığıma əmin
oldum. Məlum oldu ki, səhnələşdirmə, xor, balet və ikinci dərəcəli partiyalar –
hər şey gözəl təşkil olunub, amma hamının ətrafında qruplaşdığı fiqur getdikcə
zəifləyir, yoxa çıxır. Oktyabrın sonunda opera təqdim olunanda tamaşaçılarda da
eyni təəssürat yarandı. Bir neçə yaxşı ifa olunmuş parlaq ansamblların, xüsusən də,
Adriano rolunda gözəl oyun nümayiş etdirən xanım Kesterin sayəsində kənardan
tamaşanı uğurlu hesab etmək olardı. Amma özüm başqalarından daha yaxşı hiss
edirdim ki, əslində, iş uduzulub: publika mənim operamda yalnız vacib olmaya-
nı eşitdi, onun daxili mahiyyətini görmədi. Berlin rəyçiləri dərhal əsərimə qarşı
yürüşə başladılar, onlar bütün tanış vasitələrlə tamaşanın tam iflasına çalışırdılar
və şəxsən rəhbərlik etdiyim ikinci tamaşadan sonra mənə yalnız sual etmək qaldı:
əslində, bu fədakar cəhdlərimə ehtiyac vardımı?
205
Bu suallarla bəzi yaxın dostlarıma müraciət etdim və bəzi ibrətamiz şeyləri
əxz etdim. Böyük xoşbəxtlikdən, onların arasında yaxınlarda Berlindəməskunlaşan
Herman Frank da vardı. İki kədərli ay boyunca nadir saatlarımı onunla birlikdə
keçirdim. Adətən teatra heç bir dəxli olmayan şeylərdən danışırdıq. Onu, az qala,
öz şikayətlərimlə bezdirəcəyimdən utanırdım, özü də ki, söhbət yalnız praktik te-
atral maraq duyduğum əsərlə bağlı qayğılardan gedirdi. Herman öz növbəsində
məni adi tamaşaçı kütləsinə ünvanlanan “Riensi”ni seçməkdə qınayırdı: halbuki ,
Tanhauzer” Berlində ali məqsədlərimə rəğbət bəsləyən insanların çevrəsini yara-
da bilərdi. Onun iddiasına görə, öz yeni əsərlərimin xarakteri ilə kütlənin teatrdan
üz döndərən və onun ali xeyirxah təşəbbüslərinə inamını itirən təbəqələri arasında
tamaşalara marağı canlandıra bilərdim.
Berlində sənətin durumu barədə danışanda Verderin çıxışları ümidsiz
səslənirdi. Tamaşaçılarla bağlı o, xəbərdar edirdi ki, teatrda yeni, tanış olmayan şe-
yin təqdimatı zamanı birincidən tutmuş sonuncuyadək bütün sıralarda adamlar bir
açıq-aydın əhval-ruhiyyə ilə otururlar: yalnız iyrənc şeyləri görmək, yalnız yersiz
irad tutmaq. Məni planlarımdan çəkindirmək üçün dilə tutmasa da, o, xəbərdar
etməyi özünə borc bildi: Berlinin yüksək təbəqələrindən nəsə gözləmək yelbeyin-
likdir. Onun kralla yaxşı münasibətlərinin olduğunu biləndə soruşdum: zati-aliləri