315
Rixard Vaqner
Mənim həyatım
mənim operanı himayə etmək cəhdlərimə necə baxar? Uzun nitqimə qulaq asandan
sonra Verder cavab verdi: “Kral deyəcək: Stavinski ilə danışın”. Stavinski şişman,
tənbəl, ən bayağı mühafizəkarlıq içərisində batıb qalmış opera rejissoru idi.
Öyrəndiyim hər şey məni bu cür ruhdan salırdı. Bernqard Marksla görüş-
düm, o, “Uçan hollandiyalı”dan sonra mənimlə çox maraqlanırdı. Marks məni
çox nəzakətlə qəbul etdi. Əvvəlki əsərlərindən və musiqi tənqidlərindən mənə
enerjili, alovlu mübariz təsiri bağışlayan bu adam indi düşkünləşmişdi, bu, onun
günəş kimi şəfəq saçan gözəlliyə malik gənc arvadının yanında daha çox nəzərə
çarpırdı. Söhbətdən anladım ki, hər ikimizi maraqlandıran sahə ilə bağlı buradakı
hakim sferalardan nəsə əldə etmək cəhdlərindən o da qətiyyətlə imtina edib. Öz
böyük təcrübəsinə əsasən, Marks orada qəbul olunmuş avtoritetlərin son dərəcə
mənasızlığına əmin olub. O, mənə, həqiqətən də, qəribə bir əhvalat danışdı: bir
dəfə o, musiqi məktəbinin açılmasına dəstək vermək xahişilə krala müraciət edib.
Kral xüsusi qəbul zamanı ona böyük maraqla qulaq asıb, hətta layihənin bütün
xırda təfərrüatlarıyla maraqlanıb, Marks da, az qala, xahişin yerinə yetiriləcəyinə
inanıb. Amma həmin andan bəri onu bir adamdan başqasının yanına ötürürlər
və bütün cəhdləri faydasız olur. Nəhayət, bir generalın qəbuluna düşür. Bu ge-
neral da, kralın etdiyi kimi, qeyri-adi mehribanlıqla layihənin bütün detallarının
müzakirəsinə girişir. Marks ibrətamiz hekayəsini belə bitirdi: “Və budur, bunun-
la da hər şey başa çatdı, bundan sonra işlə bağlı heç bir xəbər almadım”.
Bir dəfə eşitdim ki, qrafinya Rossi, məşhur Henrietta Zonntaq Berlindədir
və məni hələ Drezden vaxtlarından xatırlayan bu xanım onu ziyarət etməyimi
gözləyir. Qarışıq hadisələr onun aktyorluğa qayıtmasına səbəb olub və qrafinya
indi yetərincə tənha həyat sürür. Bu qadının şikayətlənmək üçün əsası vardı. O
gileylənirdi ki, söhbət sənətdən gedəndə burada hakimiyyəti olanlardan nəsə əldə
etmək mümkünsüzdür. Zonntaqın fikrincə, kral teatrın pis idarə olunmasından
xüsusi məmnunluq duyur. O, heç vaxt bu baxımdan əməl olunan göstərişlərdən
narazılığını bildirmir, amma heç teatr işinin yaxşılaşdırılması barədə təklifləri də
təsdiq etmir. Qadın, əsərlərimdən hər hansı biri ilə tanış olmaq istəyirdi. Oxumaq
üçün “Loenqrin”in şeirlərini ona verdim. Növbəti gün, səhər ziyarətimdə qrafinya
məni böyük hersoq Meklenburq-Strelitskinin şərəfinə düzənlənən musiqi axşamı-
na dəvət etdi. Sonra əlyazmanı qaytarıb, bildirdi ki, şeirlər onun çox xoşuna gəlib:
mütaliə zamanı ona elə gəlirmiş ki, ətrafında balaca elflər və pərilər rəqs edir. Bu
xoşsifət qadının bütün davranışı, onun səmimi, dostyana rəftarı məndə ona qarşı
aşiqanə-mehriban münasibət doğurdu. Amma elə dərhal da, sanki, üstümə soyuq
su atdı. Həmin dəqiqə çıxıb getdim və bir daha qrafinya Rossi ilə görüşmədim.
Axşam ziyafətinə dəvət barədə hər hansı xatırlatma da almadım.
CənabKossak damənimlə tanış olmaq istəyirdi. Onunla hər hansı sıx ünsiyyət
qurmasamda, ümumilikdəməndə çox xoş təəssürat yaratdı, “Loenqrin”in şeirlərini