Rixard Vaqner
Mənim həyatım
316
ona da oxumağa verdim. Bir dəfə onu qaynar su ilə yuyulmuş otaqda gördüm, ağır
buxardan onun başı ağrıyırdı, heç mən də özümü yaxşı hiss etmirdim.
Əlyazmanı qaytararkən məni qəribə, yorğun nəzərlərlə başdan-ayağa sü-
zərək, səmimi şəkildə bildirdi ki, şeirlərin çox yaxşı olduğunu düşünür. Cənab
G.Trunla söhbətlərim daha maraqlı oldu. Yalnız Hoffmanı xatırlatmaq üçün baş
çəkdiyim Lütterin və Vegenarın yanında onu bir stəkan şəraba qonaq etdim, masa
arxasında Traun opera janrının mümkün dirçəlişi və inkişafı barədə nitqlərimə
getdikcə artan maraqla qulaq asır, hazırcavab və incə müşahidələrini bölüşürdü.
Xüsusən, onun canlı, çevik xarakteri məndə xoş təəssürat yaradırdı. Rəyçi kimi,
Riensi”nin səhnələşdirilməsindən sonra o da məni ələ salanlara qoşuldu. Təkcə,
köhnə dostum, yazıq Hayard mənim tərəfimdə idi. Onun kiçik musiqi ticarəti zəif
gedirdi, qəzeti dayanmışdı: dostum mənə yalnız xırda məsələlərdə yardımçı ola
bilərdi. Təəssüf ki, onun bir sıra çox zəif dram əsərləri yazdığından xəbərim var-
dı, bunlar üçün məndən xeyir-dua almaq istəyirdi. Üstəlik, o, vərəmdən əziyyət
çəkirdi və ömrünün sonuna az qalırdı. Beləliklə, sadiqliyinə və mənə bağlılığına
rəğmən, bizim nadir görüşlərimizdən qəlbimdə qəmli, qüssəli təəssürat qaldı.
206
Uğur qazanmaq və bununla da öz vəziyyətimi düzəltmək üçün bütün
cəhdlərimi səfərbər etdim: Berlində apardığım, amma ürəyimcə olmayan bütün
kampaniya bundan ötrü idi. Özümü ələ alıb, hətta Relştabın da yanına getdim.
O, “dumanlı” və “formasız” hesab etdiyi “Uçan hollandiyalı”nın üzərinə hücu-
ma keçmişdi, buna görə də mən “Riensi”nin aydınlığını və dəqiqliyini məziyyət
kimi göstərdim. Rəyi ilə hesablaşmağım onun könlünü oxşamışdı. Bununla belə,
o, Qlükdən sonra operaya yeni nəsə verməyin mümkünsüzlüyünə qəti əmin ol-
duğunu əvvəlcədən bəyan etdi. Ən yaxşı halda, bunlar yalnız “şişirdilmiş iddia-
lar” olacaqdı. Berlində hamı pessimizmə yoluxmuşdu, bildiyimə görə, bu əhval-
ruhiyyəyə təkcə Meyerber qalib gələ bilmişdi.
Bu keçmiş xeyirxahımı
(
o indi də özünü bu cür təqdim edirdi)
da Berlində tap-
dım. Dərhal onu ziyarət etdim, amma elə dəhlizdəcə lakeyin çamadanları qablaş-
dırdığını gördüm. Öyrəndim ki, Meyerber getməyə hazırlaşır. Meyerber özü də
bunu təsdiqlədi və mənə heç nə ilə kömək edə bilmədiyinə görə təəssüfləndiyini
bildirdi. Bu səbəbdən elə oradaca vidalaşmalı oldum onunla. Çoxdan köçüb get-
diyini düşünsəm də, sonradan öyrəndim ki, heç yerdə görünməyən Meyerber,
hələ də Berlindədir: onu hətta “Rietsi”nin məşqlərinin birində də görüblər. Bu-
nun nə demək olduğunu yalnız sonradan anladım. Bu məsələ ilə bağlı məlumatlar
arasında müəyyən izahat yayılmışdı, bunu bir vaxt mənə gənc dostlarımdan