317
Rixard Vaqner
Mənim həyatım
birinin atası Eduard fon Bülov yaxşıca izah etdi. Kapelmeystr Taubert Berlində
olduğum ən qızğın vaxtda mənə bildirdi ki, etibarlı mənbələrdən belə bir şayiə
yayılıb: guya mən buradakı saray teatrında dirijor yerinə göz dikmişəm və guya
mənim istisna səlahiyyətlərlə birgə bu yeri qazanmaq üçün ümid etməyə əsasım
var. Bu şayiəni məhz kimin yaydığı barədə, ən kiçik təsəvvürüm belə yox idi. Yax-
şı münasibət saxlamalı olduğum Taubertə ən aydın şəkildə izah etməli oldum:
nəinki bu yeri qazanmağa cəhd eləmirəm, hətta onu mənə təklif etsəydilər belə,
qətiyyətlə imtina edərdim, çünki, əks halda, mənim krala təqdim olunmaqla bağlı
bütün cəhdlərim tamamilə iflasa uğrayardı. Bu işdə əsas vasitəçi elə həmin qraf
Redern idi. Hərçənd, onun Meyerberlə əlbir olduğunu deyirdilər, amma bu adam
mənimlə çox iltifat və nəzakətlə davranırdı və onun dürüstlüyünə getdikcə daha
çox əmin olurdum. Sonda ümidlərimi “Riensi”nin birinci tamaşasına bağladım.
Düşünürdüm: “Ola bilməz ki, kral öz göstərişi ilə tamaşaya qoyulan əsərə bax-
mağa gəlməsin”. Bütün gələcək ümidlərim buna bağlıydı. Və budur, bir gün qraf
Redern səmimi bir məyusluq ifadəsiylə mənə bildirdi ki, tamaşanın ilk günü kral
ovda olacaq. Bir daha ondan kralın, heç olmasa, ikinci tamaşada iştirakına nail
olmaq üçün bütün səylərini səfərbər etməsini xahiş elədim. Bu zaman usanmaq
bilməyən himayədarım dedi ki, nə üçünsə zati -aliləri qətiyyən bu arzumu real-
laşdırmağa hazırlaşmır. Redern əlahəzrətin dodaqlarından bu ifadəni eşitməli ol-
muşdu: “Yenə də “Riensi”, boş verin!..”.
207
İkinci tamaşa zamanı belə bir xoş gözlənilməzlik oldu. İkinci pərdədən
təsirlənən tamaşaçılar, görünür, məni səhnəyə dəvət etmək istəyirdilər. La-
zım gələrsə, buna hazır olmaq üçün orkestrdən vestibülə çıxdım. Burada hamar
döşəmənin üstündə ayağım sürüşdü: az qala, yıxılıb əziləcəkdim. Kiminsə güclü
əli buna imkan vermədi. Bu, lojadan qalxmış Prussiya şahzadəsi idi. Elə həmin
dəqiqə o, xanımının mənimlə tanış olmaq istədiyini dedi və xahiş etdi ki, onun-
la gedim. Xanım Berlinə yenicə gəlmişdi. Operamı ilk dəfə dinləyirdi və tamaşa
barədə xeyli tərifli şey danışdı: bu qadın mənim şəxsiyyətim və yaradıcılığımın
xarakteri barədə bizim ümumi dostumuz Alvina Fromanndan xeyli xoş söz eşit-
mişdi. Şahzadənin də canlı iştirak etdiyi bu söhbət məndə qeyri-adi dərəcədə xoş
və təskinedici təəssürat oyatdı.
Məlum oldu ki, köhnə dostum təkcə Berlindəki fəaliyyətimin gedişini maraq
və qayğıkeşliklə izləmirmiş, hətta ruh yüksəkliyimi və gümrahlığımı itirməməyim
üçün bütün səylərindən istifadə edirmiş. Demək olar ki, hər axşamAlvinanı ziyarət
edirdim, onungündəlikmaraqlarının çevrəsindədincəlir və gələcəkmübarizə üçün