Rixard Vaqner
Mənim həyatım
318
bu qadından yeni enerji alırdım. Onun və ümumi dostumuz Verderin “Loenqrin”ə
(
bu, bütün cəhdlərimin əsas predmeti idi)
qarşı nümayiş etdirdikləri səmimi maraq və
ciddi anlayış məni xüsusən sevindirirdi. Yaxın rəfiqəsi və himayədarı olan Prus-
siya şahzadəsi Berlinə gəldiyi andan Alvina ondan kralla bağlı işlərimin vəziyyəti
barədə öyrənməyə ümid edirmiş. Eyni zamanda, Fromann məni xəbərdar edirdi
ki, kral bu yüksək təbəqədən olan qadına etibar etmir və o, monarxa yalnız dolayı-
sı ilə, istisna hallarda təsir göstərə bilər.
Həqiqətən də, Berlini tərk edəcəyim anadək – artıq bunu təxirə salmaq ol-
mazdı – o tərəfdən heç bir yeni məlumat almadım.
Mənə “Riensi”nin üçüncü tamaşasına dirijorluq ermək təklif olundu və hələ
kralın qəbuluna qəfil dəvət alacağıma ümid qaldığından, özüm üçün yaxın za-
man üçün son gözləmə müddətini təyin etdim. Bu müddət də gəlib çatdı və Berlin
ümidlərinin üstündən xətt çəkməli oldum.
Qəti qərarı verəndə ürəyim möhkəm sıxılırdı. Sanki, soyuq, nəm hava və
daim tutqun olan göy üzü heç vaxt məni bu son həftələrdəki qədər sıxmamışdı.
Şəxsi işlərimdən kənar baş verən hər şey məndə dərin qüssə oyadırdı. Herman
Frankla dövrün ictimai və siyasi işləri, Prussiya kralının çağırışı ilə landtaqın (
Al-
maniyada vilayətlərin parlamentinə verilən ad – red.)
uğursuzcasına birləşdirilməsi
barədə söhbətlər dumanlı, ümidsiz xarakter daşıyırdı. Əvvəlcə bu müəssisəyə
böyük əhəmiyyət verirdim, amma Frank kimi məlumatlı adam məni işin fakti-
ki və gizlin tərəfləri ilə tanış edəndə dəhşətə gəldim. Guya alman intellegensiya-
sının qaymağını təmsil edən Prussiya hökuməti, onun qanunvericilik və dövlət
idarəçiliyində göstərdiyi tərifli qətiyyət barədə Hermanın sakit və obyektiv
söhbətləri bu barədəki ümumi xoş rəylə ziddiyyət təşkil edirdi. Gələcəklə bağ-
lı ümidlərimin bu cür dağılması məni tamamilə karıxdırmışdı. Görünür, Prussi-
yadan Almaniyanın quruluşu ilə bağlı nə isə gözləməyə dəyməzdi. Drezdendə
acınacaqlı həyat sürsəm də, hələ ümid edir, Prussiya kralının planlarıma məlum
diqqətinə arxayın idim. Amma indi, hər yerdə hökm sürən dəhşətli boşluq qarşım-
da açılanda hadisələrin əsl durumunu aydın gördüm.
Düşdüyüm dəhşətli əhval-ruhiyyə Mendelsonun ölümü ilə bağlı xəbərə re-
aksiya verməyimə mane oldu. Bu xəbəri vidalaşmaq üçün qraf Redernin yanına
gedəndə eşitdim, o, çox məyus olmuşdu. Həmin vaxt bu hadisənin mahiyyətini heç
cür qiymətləndirə bilmədim, məni yalnız qraf Redernin kədərli xəbəri ürəyinə bu
qədər yaxın buraxması sarsıtdı. İstənilən halda, bu hadisə sayəsində bizim ağır ay-
rılığımız zamanı o özünü, bir az da olsun, mənim yerimə qoymaq kimi xoşagəlməz
öhdəlikdən xilas oldu, halbuki, əvvəllər Redern mənə çox şəfqətlə yanaşırdı.