319
Rixard Vaqner
Mənim həyatım
208
Berlindəki uğurumun maddi itkilərimə nə dərəcədə uyğun gəldiyi barədə
özümə hesabat verməliydim. Orada iki ay qaldım. Arvadım və hətta bacım Kla-
ra da gəldilər, “Riensi”nin qaçılmaz nəhəng uğuru onların hər ikisini cəlb edir-
di. Amma məlum oldu ki, köhnə dostum intendant Küstner özünü hətta mənim
xərclərimi ödəməyə də borclu bilməyib. Bizim məktublaşmalarımıza istinadən
onun hüquqi cəhətdən təkzibedilməz arqumenti vardı: Küstner yalnız “Riensi”nin
tamaşaya qoyulmasına yardım etmək “arzusunda olub” və onun tərəfindən hər
hansı “dəvət” olmayıb. Mendelsona yas saxlamağa aludə olan qraf Rederndən
mənimbelə xırda problemlərimləməşğul olmağı xahiş edə bilməzdim. “Riensi”nin
üç tamaşasına görə tantyem avans təklif edən Küstnerə təşəkkür etməkdən baş-
qa yolum yox idi. Maaşımın bir hissəsini göndərməyi xahiş edəndə Drezdendə
təəccübləndilər: nüfuzlu Berlin teatrı ilə üzülüşməyin başqa yolu yox idi. Arva-
dımla soyuq havada Prussiyanın boş çöllərindən keçib vətənə qayıdanda mənə
elə gəlirdi ki, məyusluğun son həddindəyəm. Heç vaxt belə düşkün əhvalda ol-
mamışdım. Vaqonun pəncərəsindən sakitcə boz dumanı seyr edərək, Minna-
nın hansısa ticarət agentiylə “yeni “Riensi” operası” barədə qızğın müzakirəsini
məmnunluqla dinləyirdim. Müsahibi bu opera barədə ədəbsiz təkəbbürlə danışır-
dı. Arvadım qızğınlıq və ehtirasla bu düşməncəsinə köklənmiş cənaba etiraz edir-
di. Axırda Minna qalib gəldi: həmsöhbəti operanı şəxsən dinləmədiyini, başqala-
rının fikinə və qəzet rəylərinə əsasən mühakimə yürütdüyünü etiraf etməli oldu.
Arvadım ciddi tərzdə ona başa saldı ki, ehtiyatlı olmaq lazımdır: “çünki bilmək
olmaz, buna görə gələcəkdə peşman ola bilərsən”.
Bu, Drezdenə çatarkən mənim üçün yeganə təskinedici təəssürat idi. Burada
artıq Berlindəki xoşagəlməzliklərin bütün fəsadları hiss olunurdu. Bunu tanışla-
rımın davranışındakı mərhəmətli təəssüflərdən də sezirdim. Qəzetlər operamın
tam iflas etməsi barədə yazmağa imkan tapmışdı. Bütün bunlara rəğmən, şən gö-
rünüşümü saxlamaq və işlərin o qədər pis olmadığına, əksinə, Berlinin mənə xoş
dəqiqələr bəxş etdiyinə onları inandırmaq xüsusən əzablı idi.
209
Bütün bu adət etmədiyim şərtlər məni Ferdinand Gillerin də düşdüyü qəribə
analoji vəziyyətə salırdı. Təxminən elə həmin bu iki ayda o, öz “Konradin fon Qo-
genştaufen” adlı yeni operasını səhnəyə qoymuşdu, əsərin üç tamaşası olmuşdu.
O, əsərini məndən gizlədirdi. Giller əmin idi ki, Drezden tamaşaçısı üçün “Rien-