Rixard Vaqner
Mənim həyatım
320
si” və “Tanhauzer”in effektlərini həm mətn, həm də musiqi baxımından uğurla
kombinasiya edə bilib. Bununla, o, mənim iştirakım olmadan üç tamaşanın mütləq
uğurunu təmin etməyə ümid edirdi. Mən Drezdenə gələndə, Giller Düsseldorfda
idi: onu konsert direktoru qismində çağırmışdılar. Oradan Giller operasını mənim
diqqətimə təqdim etdi, xahiş elədi ki, onu öz himayəmə alım. O, tamaşaya rəhbərliyi
mənə tapşıra bilmədiyi üçün təəssüfləndiyini bildirir, etiraf edirdi ki, hər şeyə görə
daha çox gözəl aktyor oyununa və xüsusən də, mənim Konradina rolunu ifa edən
qardaşım qızına borcludur. Öz növbəsində, qız da mənə dedi ki, Gillerin operası
onun iştirakı olmadan bu qədər böyük uğur qazanmayacaqdı. Məndə böyük maraq
yarandı və bu əsər, onun tamaşası ilə tanış olmaq istədim. Bu mənə müyəssər oldu:
Giller ailəsi ilə Drezdendən gedəndə dördüncü tamaşa elan olundu. Uvertüra baş-
layanda parterdəki yerimi tutmaq üçün zala daxil olarkən, sözün yaxşı mənasında,
heyrətləndim: ora boş idi, tək-tük ziyarətçi gözə dəyirdi. Oturduğum skamya ilə
qarşı tərəfdə, sonda librettonun müəllifini, mülayim xasiyyətli rəssamı gördüm. Biz
maneəsiz, bir-birimizə doğru hərəkət elədik və gördüyümüz mənzərə barədə danış-
dıq. Ondan şeirlərin musiqiyə uyğunlaşdırılması ilə bağlı qəmli şikayətlər eşitdim.
İflasa uğradığı halda Gillerin öz operası ilə bağlı uğurluymuş kimi niyə yanlış dü-
şündüyünü o mənə izah edə bilmədi. Bunun necə baş verdiyini başqa bir mənbədən
öyrəndim. Xanım Giller əslən Polşadan idi, Drezdendə isə çoxlu polyak yaşayırdı,
onlar teatrı çox sevirdilər və tez-tez onun evində olurdular. Bu adamlar birinci tama-
şada bütün zalı öz canlı reaksiyalarıyla yoluxdurmuşdular. Amma opera heç xoşa
gəlməmişdi: ikinci tamaşaya nə onlar, nə də başqa tamaşaçılar gəldi. Tamaşanın
uğuru qeyri-müəyyən görünürdü. O zaman əsəri üçüncü dəfə bazar günlərindən
birində - adətən zalın onsuz da dolu olduğu vaxtda səhnəyə qoymağı və tamaşa-
çıları Polşa elementləri vasitəsiylə cəlb etməyi qərara aldılar, bu, nəticə verdi. Pol-
yak teatr aristokratiyası özünəxas alicənablıqla dəstəyə ehtiyacı olan cütlüyə yardım
etdi, onlar salonlarda dəfələrlə keçirdikləri xoş axşamların borcundan çıxırdılar.
Yenə bəstəkarı çağırdılar. Hər şey əla gedirdi və Giller adətən üçüncü tamaşanın
həlledici olduğunu nəzərə alıb, “Tanhauzer”də olduğu kimi, uğurunun artıq təmin
olunduğunu düşündü. Bu uğurun bütün süniliyi mənim iştirak etdiyim dördüncü
tamaşada aşkara çıxdı: bəstəkar çıxıb getmişdi və heç kəs özünü tamaşaya baxmağa
borclu bilmirdi. Qardaşım qızı xəcalət çəkirdi. O deyirdi ki, müğənninin ən yaxşı
ifası belə, bu cür darıxdırıcı tamaşanı xilas etmək iqtidarında deyil. Teatrda libretto
müəllifinə bəzi gözəçarpan qüsurları və süjetin özündəki zəif yerləri göstərə bildim.
O, Gillerə yazdı, mən də sonuncudan mehriban, dostyana məktub aldım. Orada Gil-
ler vaxtında məndən məsləhət almamaqda haqsız olduğunu etiraf edirdi. Bunun-
la belə, o, tam açıq şəkildə bildirirdi ki, hələ operanı mənim göstərişlərimə əsasən
dəyişdirmək imkanı var və bu cür yaxşı və özünə görə əhəmiyyətli əsəri repertuar
üçün xilas etmək böyük xidmət olardı. Amma bu, baş vermədi.