321
Rixard Vaqner
Mənim həyatım
210
Berlində “Riensi”nin iki yeni tamaşasının böyük uğurla keçməsi barədə
xəbər məndə müəyyən məmnunluq yaratdı. Bu xidməti kapelmeyster Taubert öz
adına çıxdı, çünki özü də xəbər verdiyi kimi, o, tamaşaların effektli alınmasını
təmin etmişdi. Bununla belə, Berlində dayanıqlı və gəlir gətirəcək uğura arxayın
olmaq olmazdı. Fon Lütihauya yazdım ki, ruh yüksəkliyimi və iş qabiliyyətimi
qorumaq üçün maddi təminatımın artırılması zəruridir. Kənardan və ya uğursuz
nəşriyyat tədbirlərimdən hansısa böyük gəlir gözləmək üçün heç bir əsasım yox
idi, vəd olunan cüzi əməkhaqqı ilə isə yaşamaq ağlasığmaz idi. Yalnız bir şey üçün
çalışırdım: məni, əvvəlcədən də söz verdikləri kimi, həmkarım Reysigerlə bərabər
tutsunlar.
Buradaca elə bir məqam yetişdi ki, cənab fon Lütihau ondan asılı olduğu-
mu bütün gücü ilə hiss etdirdi. Saksoniya kralının şəxsi qəbulunda ondan lütf
göstərib, maaşımı cüzi qaldırılmağını istəməsini xahiş etmişdim. Bundan sonra
cənab fon Lütihau, öz tərəfindən ehtiyac yaranarsa, haqqımda xoş rəy verəcəyini
vəd etdi. O, öz rəyi əlavə olunmuş qətnaməni elan etmək üçün məni dəvət edəndə
dərindən sarsıldım və çox utandım. Rəydə deyilirdi ki, öz istedadımı həddən artıq
şişirdir, affekt vəziyyətində olan dostlarımın (
onların arasında xanım fon Kennerits də
vardı
)
yöndəmsiz təriflərinə uyuram, guya özümü Meyerber səviyyəsində tanın-
maq iddiamda haqlı sayıram. Nəticədə xeyli borca düşmüşdüm: əgər cəhdlərim
və təcrübəm qismində müdriyyəti məni öz postumda saxlamağa vadar edən hər
hansı inkarolunmaz xidmətlərim (
məsələn, Qlükün “İfigeniya”sının hazırlanması
)
ol-
masaydı, işdən qovulmağım tamamilə yerinə düşərdi. Bu səbəbdən rəhbərlik yenə
də maddi durumumun yaxşılaşması ilə razılaşmağı mümkün hesab edir. Gerisini
oxuya bilmədim, heyrətdən donub qalaraq, kağızı “xeyirxahıma” qaytardım. Fon
Lütihau ani olaraq oyatdığı təəssüratı hiss etdi və xahişimə hörmətlə baxıldığını
əsas gətirərək məni sakitləşdirməyə çalışdı. Mənə kəsilən üç yüz taleri istənilən
vaxt kassadan götürə bilərdim. Bu təhqirə necə cavab verəcəyimi düşünərək,
sakitcə uzaqlaşdım. Üç yüz talerin arxasınca getmək mənim üçün ağlasığmaz idi.
211
Müxtəlif xoşagəlməzliklərin məngənəsində əzildiyim vaxtda belə bir xəbər
gəldi ki, Prussiya kralı noyabrda Drezdenə səfər edəcək. Onun istəyi ilə səfər
Tanhauzer”in tamaşası ilə eyni günə təyin olunmuşdu. Həqiqətən də, o, Saksoni-
yanın kral ailəsi ilə birgə tamaşada iştirak etdi və operanı əvvəldən sonadək açıq-