Rixard Vaqner
Mənim həyatım
322
aşkar maraqla izlədi. Mənə danışırdılar ki, o, “Riensi”yə gələ bilməməsini belə
izah edib: kral operanı Berlində izləməkdən imtina edib, çünki bu teatrda həmin
tamaşanın mütləq bərbad ifa olunacağına əmin idi. İstənilən halda, bu hadisə
mənim ruhu tarazlığımı o dərəcədə geri qaytardı ki, çox ehtiyac duyduğum o üç
yüz talleri alası oldum.
Görünür, cənab fon Lütihau mənim inamımı yenidən qazanmağı əlverişli
hesab edirmiş. Onun heç bir pərtlik hiss olunmayan davranışından belə qənaətə
gəldim ki, bu savadsız adam məni nə qədər bərk təhqir etdiyinin fərqində deyil. O
yenə mənimlə təqdim etdiyim plan əsasında orkestr konsertlərinin təşkili barədə
danışdı və bu konsert təşəbbüslərinin orkestrdən deyil, müdriyyətdən gəlməsi və
teatrda ifa olunması üçün razılaşmağa dilə tutdu. Şərt qoydum ki, tədbirlərdən
gələn gəlir orkestrə çatsın. Həvəslə layihənin icrasına başladım. Teatrın səhnəsi
mənim hazırladığım plana əsasən xüsusi avadanlıqla təchiz edilmişdi: bütün or-
kestr pavilyonun içəri hissəsində yerləşirdi, bu, gözəl rezonansı təmin edirdi və
teatr əla bir konsert zalına çevrilmişdi. Hər qış mövsümünün sonunda altı konsert
vermək təklif olunurdu. Biz qışın ikinci yarısından başladığımız üçün üç konsert
üçün abunə elan olunmuş və bütün yerlər üçün biletlər bir andaca tamamilə alın-
mışdı. Bütün bu qayğılar mənə zövq verirdi, bir qədər də əylənirdim. Beləliklə,
1848-
ci ili ruh yüksəkliyi ilə qarşıladım.
Yanvarda bu konsertlərdən birincisini verdik: bircə qeyri-adi proqram təşkil
etməklə ümumxalq dəstəyi qazandım. Anladım ki, bu cür konsertlər ciddi məna
daşımağa iddia edirsə, eyni qəbildən olan adi işlərə bənzəməməli, müxtəlif musiqi
növlərinin alabəzək qarışığından təşkil olunmamalıdırlar. İki müxtəlif xarakter-
li ciddi musiqi əsəri orada növbələşməlidir. Proqramdakı iki simfoniya arasına
başqa şərtlərdə dinlənilməsi mümkün olmayan iki vokal musiqisi nömrəsi daxil
etdim. Bütün konsert bundan ibarət idi. Motsart simfoniyasından sonra (D-dur)
musiqiçiləri səhnədən çıxartdım və onların yerinə Baxın
S
inget dem
Herrn ein
neues Lied”
Motettini (
çoxsəsli vokal musiqisi janrı – red.)
və Palestrinanın “
Stabat
mater”
ini mənim aranjmanımda ifa edən əzəmətli xoru gətirdim. Sonra orkestr
yenə öz yerini tutdu və Bethovenin
Symfonia Eroica”
əsəri ifa olundu.
Konsertin uğuru məni qanadlandırdı. Son zamanlar bizim opera repertuarı
ilə əlləşmək mənə xüsusən iyrənc görünürdü, tədricən mən onun təşkili ilə bağlı
bütün nüfuzumu itirirdim. Tixaçekin aparıcı primadonna qismində dəstəklədiyi
qardaşım qızının iddiaları da burada az rol oynamırdı. Konsertlər, heç olma-
sa, dirijor qismində bəzi perspektivlər açırdı. Berlindən qayıtdıqdan sonra yenə
Loenqrin”in orkestrə uyğunlaşdırılmasına başladım: başımı aşağı salıb yalnız öz
işimi görürdüm, gələcəyə doğru tam sakit şəkildə irəliləyəcəyimə ümid edirdim,
amma qəfildən bir bəd xəbər məni haqladı.