323
Rixard Vaqner
Mənim həyatım
212
Fevralın əvvəllərində anamın ölüm xəbəri gəldi. Dəfn üçün Leypsiqə
tələsdim və onun üzünün sakit, əsararəngiz, həlim ifadəsindən dərin sarsıntı ke-
çirdim. Əvvəllər fəal və narahat keçən uzun ömrünün son illərini o, xoş istirahətə
həsr etmiş, demək olar, ömrünün sonunadək uşaq şənliyini saxlamışdı. İşıqlanmış
üzündə təbəssümlə can verərkən o, barışqan bir mülayimliklə çığırmışdı: “Ah, necə
də gözəldir! Necə xoşdur! Necə ilahidir! Mən bu cür lütfə layiqəmmi?” Şaxtalı so-
yuq bir səhərdə biz tabutu torpağa tapşırdıq. Bir ovuc narın qum əvəzinə qapağın
üzərinə bir yığın donmuş torpaq tökdük, onun kəskin gurultusu məni qorxutdu.
Geri qayıdanda – bütün ailə yeznəm Herman Brokhauzun evində toplanmalı idi
məni yalnız anamı çox sevən Haynrix Laube müşayiət edirdi. Haynrix mənim
qeyri-adi dərəcədə üzgün görünməyimdən narahatlığını dilə gətirdi. Sonra məni
vağzala ötürdü, burada bizim hər ikimizə əziyyət verən hissləri ifadə etmək üçün
sözlər tapıldı: miskinliyə qapılan zaman bizdə hər bir xeyirxah təşəbbüs ölür.
Drezdenə geri qayıdanda məni tamamilə yalqızlıq hissi bürüdü. Anamın ölümü
ilə hərəsinin öz xüsusi maraqları olan qardaş-bacılarımla sonuncu qan bağlılığı da
qırıldı. Laqeyd və qəmgin idim, mənə ruh verəcək və könlümü qızdıracaq yeganə
işə - “Loenqrin”in üzərində çalışmalara, alman dastanlarına qayıtdım.
213
Beləliklə,Avropanı yeni inqilabla silkələyəcək fevralın son günləri yaxınlaşdı.
Öz tanışlarımın çevrəsində mən dünyada siyasi çevrilişin yaxın və ümumiyyətlə,
mümkün olması perspektivinə inanmayan adamlardandım. Bu cür hadisələrlə
bağlı ilk təəssüratlarım gənclik illərimdə baş verən və arxasınca ardıcıl sistemli
reaksiya doğuran iyul inqilabı ilə əlaqədardır. O zamandan mən Parislə, onun
ictimai quruluşunun bütün xüsusiyyətlərilə tanış olmuşdum və ciddi inqilabi
hərəkatdan başqa hər şey gözləyirdim. Mən oradaykən Lui Filipp Parisi üzük kimi
əhatəyə alan
Forts detaches”
i tikdirdi. Bütün şəhərə səpələnən möhkəmləndirilmiş
qarovul postlarının strateji təyinatını yaxşıca öyrəndim və bundan sonra Parisdə
hər hansı xalq üsyanının baş qaldırması cəhdini mümkünsüz hesab edənlərlə
razılaşdım. Ötən ilin sonunda İsveçrədə müharibə başlayanda və növbəti ilin
əvvəlində uğurlu
Siciliya inqilabı hamını hadisələrin Fransanın mərkəzinə necə
təsir edəcəyini gərginliklə izləməyə məcbur edəndə bu təzahürlərlə bağlı ümid və
təhlükələrə sakit, etinasız yanaşırdım. Bizə Fransa paytaxtından getdikcə güclənən
küçə həyəcanları barədə xəbərlər gəlirdi, amma Rekellə debatlarda onların ciddi