Rixard Vaqner
Mənim həyatım
324
əhəmiyyət daşımadığını iddia edirdim. “Marta”nın məşqində öz dirijor pultum
arxasında oturmuşdum, fasilə zamanı Rekel mənə təntənə ilə Lui Filippin qaçması
və Parisdə respublikanın elan olunmasını xəbər verdi. Buna nəinki təəccübləndim,
həm də birbaşa sarsıldım, hərçənd, hadisələrin ciddiliyi məndə skeptik təbəssüm
doğururdu. Amma həm ətrafımda, həm də içimdə həyəcan artırdı. Almanların
mart günləri başladı. Hər yerdən qeyri-adi xəbərlər gəlirdi. Hətta bizdə, Saksoni-
yada da deputasiyalar və hər cür petisiyalar yaradıldı – kral uzun müddətdi baş-
lanan hərəkatı və ölkədəki həqiqi əhval-ruhiyyəni düzgün qymətləndirməyərək,
buna müqavimət göstərirdi. Bu, sanki, tufanqabağı çətin, ağır günlərdə biz üçüncü
böyük konsertimizi verdik, orada da, əvvəlki iki konsertdə olduğu kimi, kral və
bütün saray əyanları iştirak edirdilər. Konsertin əvvəli üçün məhrum bəstəkarın
xatirəsinə Mendelsonun simfoniyasını (A-moll) seçdim. Hətta canlı ifada belə, xəfif
qüssəli xarakteri qoruyub saxlayan bumusiqi əsəri kralın yanında özünü əzgin hiss
edən publikanın ümumi əhvalı ilə dəhşətli dərəcədə üst-üstə düşürdü. Konsert-
meyster Lipinski ilə söhbətimdə proqramın uğursuz tərtibatına təəssüfləndiyimi
bildirdim, çünki bu simfoniyadan sonra Bethovenin yenə minorda olan V simfoni-
yası gəlirdi. Bu hazırcavab, eksentrik polyak istehza ilə gözlərini ağardaraq, məni
sakitləşdirdi: “Qoy bircə “C-moll” simfoniyasının ilk iki taktını ifa etsinlər və sizi
əmin edirəm, heç kəs Mendelsonun simfoniyasını moll ya dur tonunda yazdığını
xatırlamayacaq”. Bu iki taktdan əvvəl publikanın arasından hansısa patriot hün-
dür səslə Zati -Alilərinin şərəfinə “ura” çığırdı və bu çığırtı bütün publika arasında
yayıldı. Lipinski tamamilə haqlı idi: artıq coşqun, hərarətli canlanma dolu ilk fra-
zadan sonra simfoniya mədhiyyə himni, tufan kimi səsləndi və bütün tamaşaçıları
nadir qüvvəsi ilə məftun etdi. Bu, Drezendə mənim idarəmlə təşkil olunan sonun-
cu konsert idi.
214
Tezliklə qaçılmaz siyasi çevriliş baş verdi. Kral nazirləri istefaya göndərdi,
bir qismi liberallardan, digər qismi xalqın çevik dostlarından ibarət yeni hökumət
təşkil etdi, onlar dərhal demokratik quruluşun qurulması üçün məlum, hər yerdə
eyni olan ölçülərin yaradılmasına başladılar. Həm bu nəticədən, həm də bu
hadisəyə bütün əhalinin səmimi sevincindən xüsusilə bərk mütəəssir olmuşdum.
Krala necəsə yaxın olub, onun öz xalqının məhəbbətinə səmimi etimadla cavab
verdiyinə əmin olmaq üçün çox şeydən keçərdim. Axşamlar şəhər təntənəli şəkildə
işıqlarla bəzənirdi. Kral açıq faytonda küçələrdən keçirdi. Onun xalq kütlələriylə
görüşlərini böyük həvəslə izləyirdim və hətta bəzən coşqun nümayişlə monarxı
sevindirmək və onun qəlbinə təsəlli etmək lazım gələndə ora qaça-qaça gəlirdim.