325
Rixard Vaqner
Mənim həyatım
Bir gün evə gecə çox gec, tamamilə heydən düşmüş, qışqırmaqdan səsi tutulmuş
halda dönəndə arvadım, həqiqətən də, qorxmuşdu.
Vyana və Berlin hadisələri özünün bütün sarsıdıcı fəsadları ilə birgə o zaman
mənə yalnız maraqlı qəzet xəbərləri qədər təsir elədi. Buraxılmış “Bundestaq”ın
əvəzində Frankfurt parlamentinin çağırılması məndə xoş sərinlik təsiri yaratdı.
Amma bütün əhəmiyyətinə rəğmən, bu həyəcanlar mənim sərtliklə müəyyən
olunmuş məşğələlərimi kəsmək iqtidarında deyildi. Qaynar keçən mart ayının son
günlərində nəhəng, qürurverici məmnunluqla Kral cəngavərinin mistik dünyanın
sirli uzaqlığlnda qeybə çəkilməsini – yekun səhnəni orkestr üçün uyğunlaşdır-
maqla “Loenqrin” partiturasını bitirdim.
Bu arada Bordoya ərə gədən gənc ingilis qadını Cessi Losso on səkkiz yaşlı
Karl Ritterinmüşayiəti ilə məni ziyarət etdi. Rusiyada yaşayan alman valideynlərin
övladı olan bu gənc adam öz ailəsi ilə birgə Drezdendə şimaldan gəlmələrin
mühitinə qoşulmuşdu. Xatırladım ki, “Tanhauzer”in ilk tamaşalarından az son-
ra onu qəbul etmişdim: o zaman məndən musiqi mağazasından aldığı partitura
nüsxəsinə qol çəkməmi istəmişdi. İndi öyrəndim ki, bu nüsxə məhz tamaşada iş-
tirak etmiş xanım Lossonun imiş. Bu gənc qadın həmin vaxtadək rast gəlmədiyim
şəkildə, böyük ürkəkliklə öz fərəh hisslərini izhar etdi. O çox təəssüf edirdi ki, ailə
vəziyyəti üzündən sevimli Drezdeni tərk etməli və mənə güclü bağlılıq duyan Rit-
ter ailəsi ilə ayrılmalı olur. Bu gənc dostlar gedəndə qəribə əhval-ruhiyyəyə düş-
düm. Sanki, Alvina Fromann və Verderdən sonra, “Uçan hollandiyalı”nın zama-
nından bəri burada heç cür tapa bilmədiyim dərin rəğbətin əks-sədası uzaqdan ilk
dəfəydi ki, mənə gəlib çatırdı. Gənc Ritterdən imkan düşdükcə yanıma gəlməsini,
gəzintilərdə məni müşayiət etməsini xahiş etdim. Amma ondakı ürkəklik o qədər
böyük idi ki, xatırladığım qədərilə onu yanımda az-az görürdüm. Karl yaxın
münasibətdə olduğu Leypsiq Universitetinin tələbəsi, hüquqşünas Hans fon Bü-
lovla birgə bir neçə dəfə məni ziyarət etdi. Onunla müqayisədə xeyli ünsiyyətcil
və danışqan olan fon Bülov öz səmimi bağlılığını müəyyən fəallıqla nümayiş
etdirdiyindən qarşılıq üçün əsas verirdi. Özü də, yeri gəlmişkən, bütün hamını
çulğayan siyasi entuziazmın açıq təzahürünü ilk dəfə onda hiss etdim: atası kimi,
onun da şlyapasını qırmızı-qara kokarda (
rəsmi papaqlara vurulan dəmir nişan – red.)
bəzəyirdi.
215
Loenqrin”i bitirdikdən sonra hadisələrin gedişini daha yaxından izləmək
üçün yetərincə asudə vaxtım qalırdı. Drezdendə ümumalman ideyası güclü
şəkildə dolaşmaqda idi və onun təntənəsinə inam mənim bütün qəlbimi vəcdə