327
Rixard Vaqner
Mənim həyatım
216
Rekel “monarxiyaya” bütün ümidlərini itirdiyindən, bu cəmiyyətin xeyrinə
ehtirasla təbliğat aparırdı. İşlər heç yaxşı getmirdi. O, musiqi fəaliyyəti ilə nəyəsə
nail olmaq barədə bütün ümidlərini çoxdan üzmüşdü. Musiqi direktoru yeri onun
üçün sırf mükəlləffiyyətə çevrilmişdi, bu vəzifədən çox cüzi maaş alır və hər il
üzvlərinin sayı artmaqda olan ailəsini qəpiyi-qəpiyə calamaqla dolandırırdı. Bu-
nunla belə, Rekel vəzifəsini qiymətləndirirdi, çünki Drezdendə çoxsaylı zəngin
əcnəbilərin evlərində dərs vermək onda qatı nifrət doğururdu. Beləcə, o, getdikcə
daha çox borc içində bataraq, acınacaqlı həyat sürürdü, yeganə arzusu Amerikaya
köçmək idi. Orada fermer kimi əlinin zəhməti və ixtiraçı əzmi ilə, dürüst yolla özünə
və ailəsinə layiqli ictmai mövqe tutmaq istəyirdi. Gəzintilərimiz zamanı o, siyasi
iqtisadla bağlı əsərlərdən aldığı biliklərini mənimlə bölüşürdü. Rekel böyük çılğın-
lıqla onlara yanaşmasını dəyişir və bu yolla öz utancverici vəziyyətini yaxşılaşdır-
mağa ümid edirdi. 1848-ci il hərəkatı onu belə bir zamanda yaxaladı: Rekel dərhal
Parisdən gələn qatı sosialist hərəkatına qoşuldu. Onu əvvəldən tanıyanlar baş verən
bu kəskin dəyişikliyə xeyli təəccüblənirdilər. Rekel bəyan edirdi ki, sonda özünün
əsl vəzifəsini – qiyamçı missiyasını tapıb. Tribunada natiq qismində çıxış etmək
üçün onda özünəəminlik çatmırdı, amma onun enerjisi fərdi münasibətlərdə çox
tez yerini tapırdı. O, heç bir etiraza uymurdu, cəlb edə bilmədiyi adamları özündən
birdəfəlik kənarlaşdırırdı. O qədər öz vəzifəsinə uymuşdu ki, gecə-gündüz yalnız
onunla məşğul idi və ağlı hər bir banal etirazı təkzib etmək üçün qeyri-adi dərəcədə
itiləşmişdi. Qəfildən Rekel, sanki, səhrada bələdçi olmuşdu. İnqilabi məsələlərin
istənilən sahəsində özünü suda balıq kimi rahat hiss edirdi. “Vətən ittifaqı” xalqın
silahlandırılması ilə bağlı layihəni reallaşdırmaq üçün komissiya yaratmışdı. Bu ko-
missiyada Rekeldən və bir neçə əsl demokratdan başqa, hərbçilər də iştirak edirdi
və onların arasında köhnə dostum, Şreder Devrienin keçmiş nişanlısı, qvardiya ley-
tenantı Herman Müller də vardı. O və Zixlinski adlı daha bir zabit Saksoniya or-
dusunun siyasi hərəkata qoşulmuş yeganə üzvləri idi. Mən cəmiyyətin iclaslarında
incəsənətlə bağlı adam kimi iştirak etdim. Xatırladığım qədəri ilə, çapa hazır olan
layihə xalqın könüllü qoşunlarının təşkil olunması planını tam rasionallıqla özündə
ehtiva edirdi, halbuki, mövcud siyasi şərtlərdə bunun icrası mümkünsüz idi.
Şəxsən mən getdikcə cəmiyyəti maraqlandıran siyasi və sosial məsələlərlə
bağlı danışmaq həvəsinə getdikcə daha çox uyurdum, üstəlik, o zamanın
natiqlərinin qeyri-adi dərəcədə səthi mühakimələri və bayağı ibarələri məni yaxşı
mənada heyrətləndirirdi.  Bu, qarışıqlıq yaratdığından səriştəli adamlar özlərini
hər cür müdaxilədən  kənarda tuturdular. Qınaqlarımın cavabında Herman Frank
öz davranışını belə izah etdi. Məni isə, əksinə, öz bacarığıma uyğun məqsəd və