Rixard Vaqner
Mənim həyatım
328
vəzifələrin mahiyyətilə bağlı  mübahisələrə girməyə məhz bu məqam vadar edir-
di. Gündəlik qəzetlər xüsusən ümumi oyanmaya yardım edirdi. “Vətən ittifaqı” öz
toplantlarını şəhər bağlarının birində keçirirdi və mən bəzən ora tamaşa izləməyə
gələn ziyarətçi qismində gedirdim. Debat mövzusu kimi belə bir sual qoyulmuşdu:
respublika, ya monarxiya? Natiqlərin tribunasında və nəşrlərdə mövzunun belə
qeyri-adi bəsitliklə müzakirəyə çıxarılması məni heyrətə salırdı. Hər şeydən belə
bir nəticə çıxırdı ki, respublika daha yaxşıdır, amma zərurət yaranarsa, monarxi-
ya ilə də barışmaq olar, bir şərtlə ki, o, öz hakimiyyətindən sui-istifadə etməsin.
Bir sıra qızğın mübahisələrdən sonra bu məsələyə
Dresdener Anzeiger”
də imzasız
nəşr etdirdiyim ayrıca məqalədə öz mövqeyimi bildirməyə vadar oldum. Mövzu-
ya tam ciddiyyətlə yanaşa biləcək şəxslərin diqqətini dövlət idarəetməsinin zahiri
formasından onun daxili məzmununa çəkməyə çalışırdım. İctimai həyatın bütün
ehtiyac və tələblərini saf-çürük edib, məlum ideal kriteriyalar əsasında siyasi  və so-
sial münasibətlər zəminində mükəmməlləşmənin zəruriliyini vurğulamaqla mən
sual qoyurdum: dövlətin başında duran kralla yeni quruluşa nail olmaq mümkün-
dürmü? Belə bir fikir irəli sürürdüm ki,  öz ali məqsədlərini gerçəkləşdirmək üçün
bilikli monarx üçün də həqiqi respublika əsasları ilə qurulmuş dövləti idarə etmək
vacib olmalıdır. Belə bir krala öz xalqı ilə əhatəsindəki saray-zadəgan mühitinin
sərhədlərini aşan  daha etibarlı münasibətlər qurmağı tövsiyyə edirdim. Sonda bu
fikri ifadə edirdim: Saksoniya kralı, sanki, taleyin digər alman hökmdarlarına ali
nümunə kimi seçdiyi təmsilçidir. Rekel bunu dünyanı xilas edəcək mələyin həqiqi
etirafı hesab etdi. O, bu məqalənin qəzet səhifələrində diqqət çəkməyəcəyindən
və səmimi əks-səda doğurmayacağından ehtiyatlandığı üçün məni inadla “Vətən
ittifaqı”nda məruzə ilə çıxış etməyim üçün dilə tutdu: o, şifahi nitqə xüsusi
əhəmiyyət verirdi. Heç bir qəti qərar vermədən toplantıya getdim, amma orada iki
natiqin – o zaman Drezden şəhərində Demosfen və Kleon kimi şöhrət tapan vəkil
Bledenin və dərzi Klettenin dözülməz boşboğazlığını eşidəndə  özümü saxlaya
bilmədim, çılğın həyəcana uyub, trubunaya  qalxdım və coşqunluqla üçminlik
kütlə qarşısında qəzet məqaləsini oxudum.
217
Dəhşətli təəssürat yarandı. Bütün nitqimdən kütlənin yadında  yalnız bir
şey qalmışdı: kral kapelmeysterinin saray məddahlarına qarşı qızğın hücumu. Bu
misligörünməmiş hadisə yanğın haqda xəbər kimi sürətlə bütün şəhərdə yayıldı.
Səhərisi “Riensi”nin məşqi olmalı idi. Məni təbrik edirdilər, fədakar cəsarətimi
alqışlayırdılar, amma tamaşa günü orkestr xidmətçisi Eyzol mənə naməlum
səbəblərdən operanın təxirə salındığını bildirdi. Əslində, mənim günü-gündən