329
Rixard Vaqner
Mənim həyatım
güclənən ehtirasımı görən müdriyyət xüsusi nümayişin olacağından qorxurdu.
Sonra qəzet səhifələrindən üzərimə o qədər lənət və istehza səpələndi ki, müdafiə
olunmaq barədə düşünməyin yeri də yox idi. Saksoniya kommuna qvardiyası
özünü təhqir olunmuş hiss edir və onun komendantı məndən üzrxahlıq etməyimi
istəyirdi. Amma saray məmurlarının, xüsusən də, aşağı ranqdan olanların sima-
sında məni bugünədək də izləyən ən barışmaz düşmənlərimi qazandım. Onların
əlində imtiyaz olduğundan, kralı və sonra da intendantı məni işdən qovmağa təhrik
edirdilər.  Bu səbəbdən, krala məktub yazmağa məcbur oldum, orada öz davranı-
şımı yelbeyinlik adlandırdım, amma qeyd etdim ki, heç bir cinayətkar niyyətim
olmayıb. Məktubu fon Lütihau ilə göndərdim və xahiş etdim ki, onu krala çatdır-
sın. Bununla yanaşı, vaxt qazanmaq və ehtirasların sakitləşməsini gözləmək üçün
qısamüddətli məzuniyyət götürməyə çalışırdım. Fon Lütihaunun mənə göstərdiyi
heyrətamiz, həqiqi dost xeyirxahlığı məni həddən artıq mütəəssir edirdi, üstəlik,
heç nəyi ondan gizləmirdim. Yalnız sonradan məqaləmin onda nə qədər böyük
qəzəb doğurduğu məlum oldu, yeri gəlmişkən, o bu yazıdan heç nə anlamamışdı.
Başa düşdüm ki, onun humanist hisslərinə minnətdar olmağıma əsas yoxdur, bu-
rada kralın birbaşa iradəsi əhəmiyyət daşıyır: məni cəzalandırmaqla bağlı bütün (
o
cümlədən,
fon Lütihaunun
)
tövsiyyələrə o, qəti rədd cavabı vermiş və bu mövzuda
onunla danışmağı qadağan etmişdi. Bu fakt məni ruhlandırdı və sübut etdi ki, kral
mənim təkcə məktubumu deyil, məqaləmi də çoxlarından daha düzgün anlayıb.
218
Bu dəfə (
iyulun əvvəlində
)
qısa məzuniyyətimdən istifadə edib, Vyanada ha-
vamı dəyişmək qərarına gəldim. Breslavldan keçib gedəndə orada musiqi direk-
toru Mozeviusu, ailəmizin köhnə dostunu gördüm. Onun evində axşamı maraqlı
söhbətlə keçirdik, təəssüf ki, siyasətdən danışmadan keçinə bilmədik. Hər şeydən
daha çox məni onun gözəl kitabları arasında olan (
əgər səhv etmirəmsə
)
Sebastyan
Baxın kantatalarının qeyri-adi dərəcədə zəngin, tam toplusu maraqlandırırdı. Bun-
dan başqa, bir çox məzəli və hazırcavab musiqili lətifə yadımda qaldı, o bunları xü-
susi özünəməxsus yumorla danışırdı. Əvəzində Mozevius yayda məni Drezdendə
ziyarət edəndə “Loenqrin”in birinci pərdəsinin bir hissəsini royalda ona ifa etdim
və dostumun səmimi heyranlığı mənə xoş təsir bağışladı. Sonradan guya onun
barəmdə xoşagəlməz və təhqiredici fikirlər söylədiyini eşitdim. Danışılanların
mahiyyəti və bu adamın əsl təbiəti barədə düşünmədim, çünki tədricən hər cür
anlaşılmaz şeylərlə barışmağa adət etmişdim. Vyanada professor Fişqofu ziyarət
etdim, bilirdim ki, onda maraqlı əlyazmalar, xüsusən, Bethovenin əlyazmaları var.
Onların arasında məni
C-moll”, 111-ci opus sonatasının orijinalı maraqlandırır-