Rixard Vaqner
Mənim həyatım
330
dı. Bir qədər quru adam hesab etdiyim Fişqof vasitəsilə Drezdendə hədsiz bayağı
operası (“
Janna dArk”)
tamaşaya qoyulan cənab
Vesque von Püttlingen
lə tanış ol-
dum. Bu cənab bəstəkar kimi Bethovenin adından da istifadə edirdi və ehtiyatkar-
lıqla onun adının yalnız sonluğunu mənimsəmişdi: “Hoven”. Bir dəfə o bizi na-
hara dəvət edəndə Metternixin inanılmış sabiq məmuru, indi isə müasir hərəkatın
qatı tərəfdarı qismində çıxış edən, çiynində qara-qırmızı-qızılı lent olan adama
bir qədər yaxından diqqət elədim. Rusiyanın Vyanadakı səfirliyinin attaşesi, rus
əyanı cənab Fontonla da maraqlı münasibətimiz quruldu. Onunla tez-tez Fişqofun
yanında görüşür və çox zaman birgə gəzintiyə çıxırdıq. Fontonun şəxsində mən
bədbin dünyagörüşün ardıcıl təmsilçisini tapdım, bu dünyagörüşə əsasən, yalnız
ciddi despotizm şərtlərində hər şey birtəhər də olsa öz yerini ala bilərdi. Mənim
cəmiyyətin həyatına ali, həlledici təsir göstərən əsl incəsənətin ideal cəhətlərini
şövqlə izah etməyimə o, maraq və məlum həssaslıqla (
Fonton fəxr edirdi ki, ən qa-
baqcıl İsveçrə məktəblərində təhsil alıb
)
qulaq asırdı. Razılaşırdı ki, despotizm mənim
cəhdlərimi gerçəkləşdirməyə qadir deyil, hərçənd, o, ümumiyyətlə, bu despo-
tizmin mümkünlüyünə inanmırdı. Amma şampan qədəhi arxasında humanist
ovqat hər şeyə qalib gəlirdi və o mənə ən yaxşı arzularını izhar edirdi. Nəticədə
öyrəndim ki, bütün qabiliyyətləri və enerjisi ilə yanaşı, bu adam, bir damcı da ol-
sun, nəzərəçarpacaq karyera qurmayıb.
219
Heç vaxt ciddi məqsəd olmadan bir addım belə, atmıram: Vyanada oldu-
ğum müddətdən istifadə edib, teatrda islahat ideyalarına yol açmağa çalışdım.
Xarakterinə görə beş müxtəlif, hamısı da acınacaqlı həyat sürən teatra malik Vya-
na bunun üçün mənə uğurlu meydan kimi görünürdü. Qısa bir zamanda belə
teatrların həm onların fəal üzvlərinin, həm də işə cəlb olunmuş görkəmli ədəbi
qüvvələrin rəhbərliyi altında bir növ federasiya qismində birləşdirilməsi layihəsini
tərtib etdim. Planımı inkişaf etdirməyin daha səmərəli olacağını düşündüyümdən,
teatra yaxın adamları axtardım. Fişqof vasitəsilə tanış olduğum və mənə fəal yar-
dım göstərən Fridrix Uldan başqa hansısa cənab Frankın və doktor Pakerin adını
çəkdilər (
düşünürəm, o,
sonradan “Tanhauzer” adı altında böyük epik əsər çap etdirən
məhz həmin
Frank idi).
Paker barədə sonradan onu da öyrəndim ki, o, Meyerba-
xın əlaltısı və casusudur, bu adam özünü heç də yaxşı tərəfdən göstərməmişdi.
Fişqofun mənzilindəki konfransa dəvət etdiyim şəxslər arasında ən cazibəlisi və
əhəmiyyətlisi doktor Bexer idi: buçevik, hərətərəfli adamlayihəmi tamtəqdir etməsə
də, ona həqiqətən də ciddi yanaşan yeganə şəxs idi. O zaman Bexerin bir qədər
nataraz, kəskin təbiəti də diqqətimi cəlb etdi. Bir neçə ay sonra oktyabr qiyamının