331
Rixard Vaqner
Mənim həyatım
iştirakçısı kimi onun Vyana küçələrində öldürüldüyünü biləndə bu təəssüratımın
ciddiliyini anladım. Konfrans mənə müəyyən məmnunluq bəxş elədi: bəzi diqqətli
oxuculara teatr islahatları barədə planlarımı oxuya bilməyin özü xoş idi. Amma
hamıya elə gəlirdi ki, indi dinc teatr islahatları ilə məşğul olmağın zamanı deyil.
Vyanalıları daha çox məşğul edən məsələlər barədə təsəvvür yaratmaq üçün Ul bir
axşam məni öncül siyasi klublardan birinə apardı. Burada Sigizmund Enqlenderi
dinlədim, o bir müddət sonra siyasi mətbuatda gözəçarpan uğurla çıxış etdi. Ha-
mının qarşısında tir-tir əsdiyi Avstriya hakimiyyətinin təmsilçiləri barədə onun və
başqalarının amansızlıqla mühakimə yürütmələrinə, doğrudan da, təəccübləndim
və eyni zamanda, onun söylədiyi siyasi fikirlərin bayağılığı məni heyrətə saldı.
Əvəzində Qrilparser məndə çox yumşaq təəssürat yaratdı. Bu adamın adı mənə
yazıçı kimi uşaqlıqdan əziz idi. Onu teatr islahatları planlarımdan xəbərdar etdim,
fikrimcə, onlarla maraqlandı. Amma praktik tərəfdən layihəmdən və onun yardı-
mına olan ümidlərimdən xoşlanmadığını Qrilparser gizləmədi. Bu, mənim məmur
mundirində gördüyüm ilk dramatik əsərlər müəllifi idi.
220
Layihələrimlə bağlı cənab Bauernfeldə müraciət etdim. Bununla da iş
məhdudlaşdı. Sonra özümü Vyanada qaynayan rəngarəng ictimai həyatı müşahidə
etməyə həsr etdim. Küçələrdə milli rəngdəki sarğıları ilə seçilən akademik legio-
nun nüfuzlu üzvlərini görmək olardı. Amma həmin vaxt bu rəng o qədər yayılmış-
dı ki, hətta teatrda dondurma satan lakeylər də bu cür qara-qırmızı-qızılı lentlər
gəzdirirdilər. Karl-teatrda, Leopoldştadtda mən Nestroyun yeni farsına baxdım,
orada knyaz Metternix məsxərəyə qoyulurdu: pyesin gedişində ona təklif olunan
Reyxştadt hersoqunu o zəhərləyibmi?” sualının cavabına Metternix ifşa olunmuş
cinayətkar kimi qorxaqcasına kulisdə gizlənirdi. Ümumiyyətlə, paytaxt şəhərinin
həzzlərə həris simasında gənclik, güc və özünə qəti inamın möhürü vardı. Məşum
oktyabr günlərində Vyananın əhalisi knyaz Vindişqretsin qoşunlarına qızğın
müqavimət göstərəndə bu təəssürat tamamilə özünü doğrultdu.
Geri qayıdanda Praqaya baş çəkib, köhnə dostum Kittsi ziyarət etdim. O,
hədsiz kökəlmişdi və yaşanmış səs-küylü hadisələrdən çox qorxmuşdu. Görünür,
çex partiyasının Avstriya hökmranlığına hiddətinin şəxsən ona qarşı yönəldiyini
düşünürdü. Mənim “Fransızlar Nitsa darvazaları qarşısında” (
onun inqilabi xarak-
terli ariyalarından biri populyar idi)
adlı mətnimə yazdığı kompozisiya ilə o özü də
inqilabi hərəkata rəvac verdi. Paroxodda mənim yol yoldaşım heykəltəraş Genel
idi, bu məni çox sevindirdi. O, imperator IV Karlın heykəlinin qoyulması ilə bağlı
qraf Albert Nostitslə hesablaşmışdı və əla ovqatda idi. Şərtə əsasən, qonorarın ona